Azərbaycanın mebel şirkəti Amerika bazarına daxil olur
(®) Mebel şirkəti Amerika bazarına “Təki Siz istəyin” deyəcək
Azərbaycanda “Təki Siz istəyin” şüarı müştərilərinin mebellərlə bağlı istəklərini həyata keçirən "Qardaşlar Mebel" şirkəti Amerika bazarına çıxmağı planlaşdırır.
"Qardaşlar Mebel" şirkətinin rəhbəri Əli Mirzəyev bu barədə məlumat verərək bildirib ki, istehsal etdikləri mebellər Amerika bazarının standartlarına tam uyğundur: “Biz Amerikada bir çox məşhur mebel markalarının nümayəndələri ilə görüşlər keçirərək, istehsal etdikləri məhsullarla tanış olduq. Deyə bilərəm ki, həqiqətən də şirkətimizin istehsal etdiyi mebellər istər keyfiyyət, istərsə də estetik görünüş baxımından həmin markalarla rəqabətə girə bilər”.
Amerika bazarında müştərilərin seçim meyarları məsələsinə toxunan Əli Mirzəyev bildirdi ki, Amerika bazarı müştərisi ilə yerli müştərilərimiz arasında çox ciddi fərqlər mövcuddur:
“Xarici mebel markalarının satış təmsilçilərinin söylədikləri və müşahidə etdiklərimiz göstərir ki, yerli alıcılar daha sadə və praktik mebellərə üstünlük verirlər. Yerli alıcıların bahalı və dəbdəbəli mebellərə olan tələbatı olduqca aşağıdır. Bir amerika alıcısı evində olan mebeli bir ildən bir dəyişməyə üstünlük verir. Alıcılar mebelin bir deyil bir neçə funksiyaları özündə birləşdirməsinə diqqət edirlər. İnsanların seçimlərinə həmçinin ölkədə inkişaf edən daşınmaz əmlak, kirayə evlər və daxili daşınmalar bazarı da öz təsirini göstərir. Ona görə də bu bazara daxil olmaq üçün insanların alıcılıq qabiliyyətinə təsir edən faktorları daima incələmək lazımdır. Biz inanırıq ki, yaxın zamanlarda "Made in Azerbaijan" brendi adı altında istehsal etdiyimiz mebellər ilə Amerika alıcılarının rəğbətini qazana biləcəyik”.
Qeyd edək ki, "Qardaşlar Mebel" şirkətinin adı “yaşıl dəhliz” iştirakçıları sırasındadır. Şirkət həmçinin Azərbaycanda “Caspian European Club”-un qızıl üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























