Aqropark yeni meyvə bağları salacaq
Ötən il “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində 136 hektar sahədə badam, 36 hektarda qoz, 138 hektarda isə üzüm bağları salınıb. Eyni zamanda, yeni salınması nəzərdə tutulan meyvə bağlarında damcılı suvarma sisteminin quraşdırılması üçün 10 min və 20 min tonluq su anbarlarının tikintisi başa çatdırılıb, 2 nasos stansiyası quraşdırılıb.
Bu barədə “Ulu Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov məlumat verib.
Cəmiyyətin direktorunun bildirdiyinə görə, ötənilki mövsümdə Aqropark ərazisində əkilmiş 1100 hektar buğda sahəsindən 4 min 165 ton məhsul tədarük olunub. Hər hektarın orta məhsuldarlığı 37,9 sentner olub və bu, rayonun orta göstəricisindən 7,2 sentner çoxdur. Aqroparkın ərazisindəki suvarılan torpaq sahələrində isə orta məhsuldarlıq 57,6 sentner təşkil edib. Bundan əlavə, ötənilki mövsümdə 170 hektar qarğıdalı sahəsinin hər hektarından 100 sentner olmaqla, ümumilikdə 1700 ton məhsul tədarük olunub.
M.Məhərrəmovun məlumatına görə, ötən ilin payızında Aqroparkın ərazisində 2020-ci ilin məhsulu üçün 1070 hektar sahədə buğda, 90 hektarda isə arpa əkini aparılıb. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























