Ötən il taxıl idxalının artmasının səbəbləri açıqlandı
Azərbaycanda bu il taxıl qıtlığı gözlənilmir.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, ölkənin taxıl təminatında heç bir qeyri-müəyyənlik yoxdur: "Bu il ölkəyə taxıl idxalı da ötən ilin yanvar ayı ilə müqayisədə 50 faiz azalıb. Artıq bu il də idxalın azalması gözlənilir. Ötən il taxıl ehtiyatı tam olaraq formalaşdırılıb".
F.Fikrətzadə 2018-2019-cu il mövsümündə ölkəyə taxıl idxalının artmasının səbəblərini də açıqlayıb:
"2017-2018-ci il mövsümündə dünya bazarında taxılın qiyməti artmışdı. Ona görə də yerli sahibkarlar daha çox ehtiyat taxıllarından istifadə etdilər, yəni xaricdən idxala üstünlük vermədilər. Həmin vaxt Azərbaycanın taxıl ehtiyatı 1 milyon 600 min tondan 700 min tona düşmüşdü. 2018-2019-cu mövsüm ilində isə dünya bazarında taxılın qiyməti aşağı düşdü. Bundan istifadə edən sahibkarlar tükənmiş taxıl ehtiyatını artırdı. Onu da qeyd edim ki, 2019-2020-ci il mövsümündə həm dünya bazarında, həm də Azərbaycanda quraqlıq riskinə görə istehsalın həcmində qeyri-müəyyənlik gözlənilir. Ona görə də sahibkarlar öz ehtiyatlarını formalaşdırıblar. Bu il əkin yaxşı çıxış vermədi. Oxşar proses dünya ölkələrində də müşahidə edilir. Bu il Azərbaycanda da taxıl istehsalının azalması gözlənilir. Amma bu, ölkədə taxıl qıtlığının yaranmasına səbəb olmayacaq. Çünki ötən il sahibkarlar tərəfindən ölkənin taxıl ehtiyatı formalaşdırılıb. Ona görə də hazırda ölkədə kifayət qədər taxıl ehtiyatı var".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














