Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı
Fondun Bakı şəhər İdarəsi isə Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Marjaya daxil olmuş məlumata görə, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.
Habelə ilkin mərhələdə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirəcək.
Məhkəmə Mübahisələri ilə İş İdarəsi isə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələrini və 1 saylı Bakı şəhər Ərazi şöbəsini məhkəmələrdə cavabdeh, iddiaçı və üçüncü şəxs qismində iştirak etdikləri işlər üzrə təmsil edəcək.
Nazirliyin əmri ilə həmçinin Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb. Bu idarə DSMF-nin şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək.
Bu struktur islahatı DSMF-nin yerli orqanlarının fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















