Dövlət Fondu toxum emal edən fabrik və anbar tikmək niyyətindədir
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satın alınması ilə əlaqədar açıq tender elan edir.
Ttender komissiyasının yaydığı elana görə, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 500 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında
məlumat.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 5 may 2017-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 22 may 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 80 nömrəli ünvanda yerləşən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fonduna təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 23 may 2017-ci il saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






