"Bu xoruzlara verilən pula avtomobil də almaq olar"
ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ
Xoruz döyüşdürmək hələ qədim zamanlardan insanların sevimli məşğuliyyəti olub. Ölkəmizdə “Heyratı”, “Daş pipik”, “Badam pipik”, “Yaponka” və başqa döyüşkən xoruz cinsləri bəslənilir.
Bu cinslər əsasən, Türkiyə, Filippin, İndoneziya və Özbəkistandan gətirilir.
Sumqayıtda tez-tez xoruz döyüşdürən həvəskarlar isə daha çox "Heyratı" cinsinə üstünlük verirlər.
Uşaq yaşlarından bu məşğuliyyətə həvəs göstərən Namiq və Samir İsayev qardaşları xoruzları yumurtalardan özləri bəsləyib artım edirlər. "Heyratı"ları böyüdüb döyüşə hazır etmək isə əziyyət bahasına başa gəlir. Elə ki, xoruzlar döyüşdən qalib ayrılır, onda çəkilən zəhmət hədər getmir.
Namiq İsayev (həvəskar): "Tez xəstələnirlər. Özləri, bədənləri möhkəm olsa da, tez xəstəlik tapırlar. Buğda, qarğıdalı, vitaminlər verirəm.İynələrini də vururam. Əsas ot".
Qardaşların bəslədiyi xoruzlar Türkiyə və İndoneziya cinslərinə aiddir. Hər bir xoruza xüsusi döyüş fəndləri öyrədildiyi üçün bu quşların müştəriləri də çox olur.
Namiq İsayev (həvəskar): "Mən bu xoruzumu satmaram. Yaxşı döyüşkən olduqdan sonra istəmirsən. Qiyməti 500 manat olar, amma satmaram".
Döyüşü qazanan xoruzlara ət, fındıq, kişmiş verilir ki, enerjili və sağlam olsun. Samir isə qardaşından fərqli olaraq xüsusi bəslədiyi xoruzları satır. Bəzən bu "Heyratı"lara verilən pula avtomobil də almaq olar.
Samir İsayev (Həvəskar): "Bunu bu dəyə mənim qardaşım baxır. Mən bilirəm ki, buna 5 min də versələr verməz. Xoruz var 300, 500 fərqlidir".
Qardaşlar bizə xoruz döyüşünün şərtlərindən də danışdılar. Döyüş meydanında yatan və ya qaçan xoruz uduzmuş hesab edilir. Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, yarış başa çatır və xoruzların arasında sülh bağlanır.
Daha maraqlısı isə odur ki, xoruzuna güvənən həvəskarlar böyük məbləğdə pul, bahalı hədiyyələr, hətta avtomobildən belə bəhsə girirlər.
© ARB 24
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





