Güzəştlərin mərkəzləşdirilmiş reyestri aparılacaq
Maliyyə Nazirliyində Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılacaq.
“Marja” xəbər verir ki, bu, “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda bildirilir.
Qaydada qeyd edilib ki, Maliyyə Nazirliyi “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”ni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış formada və müddətdə təqdim olunan aşağıdakı məlumatlar əsasında aparır:
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə vergi ödəyiciləri tərəfindən istifadə edilən vergi (idxal vergiləri istisna olmaqla) güzəştlərinə dair məlumatlar;
-Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə xarici ticarət fəaliyyətinin iştirakçıları tərəfindən faydalanan gömrük güzəştlərinə dair məlumatlar.
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış formada və müddətdə məlumatların ötürülməsini təmin etmək məqsədilə həmin qurumların “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nə qoşulmasını təşkil edir.
“Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”ndə güzəştlər barədə ən azı aşağıdakı göstəricilərin əks etdirilməsi zəruridir:
- güzəştin qanunvericilik əsası;
- güzəşt tətbiq olunan vergi və gömrük rüsumunun növü;
- mülkiyyət növü;
- iqtisadi fəaliyyət növü;
- neft və qeyri-neft sektoru üzrə bölgü;
-güzəştdən istifadə edən şəxslər üzrə;
- güzəştin qüvvəyəminmə və qüvvədəolma tarixi;
- vergitutma elementləri (vergitutma obyekti, vergitutma bazası);
- güzəşt verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri;
- hesablanmış və ödənilmiş vergi və gömrük rüsumlarının məbləği;
- güzəştin tətbiqi nəticəsində büdcə itkilərinin məbləği.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
13 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 25 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























