Prezident "Dübəndi"nin açılışında- YENİLƏNİB
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.
“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində, Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, inkişaf edən sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan tələbatını təmin etmək, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yenidən qurulan “Dübəndi” yarımstansiyasının transformatorları daha güclü və yeniləri ilə əvəz edilib, mikro SCADA sistemi yaradılıb. Nəticədə güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib. Avadanlıqların açıq tiplidən qapalı tipliyə keçirilməsi yarımstansiyanı atmosfer şəraitinin təsirinə məruz qalmaq təhlükəsindən qoruyur. Yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilinə yerləşdirilib ki, bununla həm də yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Burada aparılan işlər zamanı Xəzər və Pirallahı rayonlarının perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınıb. İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə yarımstansiyanın fəaliyyəti dayandırılmadan icra olunub. Bu yarımstansiya Bakıətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkı, qaçqın və məcburi köçkün şəhərciyi, kabel zavodu, “Zirə Ekopark” kompleksi və digər yerlərin enerji təchizatını təmin edəcək.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
1953-cü ildə istifadəyə verilən və istismar müddəti başa çatan bu yarımstansiyanın avadanlıqları həddən artıq yüklənirdi ki, bu da istənilən zaman sistemdə qəza vəziyyətinin yaranmasına səbəb ola bilərdi. Yarımstansiya Xəzər dənizinə yaxın ərazidə yerləşdiyindən nəm və küləkli hava şəraitində də burada tez-tez qısaqapanmalar olurdu. Ona görə də “Dübəndi” yarımstansiyası sökülərək qapalı şəraitdə yeni texnologiyalar əsasında tam yenidən qurulub.
Burada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı “Dübəndi” yarımstansiyasının işçiləri ilə görüşüb.
Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham Əliyev deyib:
Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. “Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.
Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapmışdır. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib hətta ixrac da edirik.
Hesab edirəm ki, 2020-ci il “Azərenerji” üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Eyni zamanda, bu gün bu yarımstansiyanın açılışı əlamətdar hadisədir. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu, onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu il də Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.
Eyni zamanda, dövlət xətti ilə bərpa olunan enerji növlərinin yaradılması işi davam etdiriləcək. Bu il də bu sahəyə vəsait ayrılacaqdır. Beləliklə, generasiya gücləri, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, bütün elektrik şəbəkəsi beynəlxalq standartlara tam cavab verəcək. Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər.
Bir daha sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.
Energetiklər: Çox sağ olun, minnətdarıq.
Müştərilərin xəbərləri
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
- 17 d. əvvəl
-
26 d. əvvəl
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib
-
59 d. əvvəl
CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxındır
-
1 saat əvvəl
Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşib
-
2 saat əvvəl
2026-cı ilin yanvar-mart aylarında 139 min manat kompensasiya ödənilib
-
2 saat əvvəl
Avropa bankı Şəkidə su təchizatı sisteminin inşasına 91 milyon avro kredit ayırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxındır
Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşib
Ən çox oxunanlar
Mayın 2-də gözlənilən hava şəraiti
Bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edildi
"Baku Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb






.jpg)
.jpg)









.jpg)







