Azərbaycanda ilk dəfə cins parça istehsalına başlanılacaq
“Azərpambıq ASK” pambıq ipliyindən parça istehsalına keçməklə bağlı bir sıra layihələrə başlayıb. Dəyər zəncirinin qurulması, yəni pambıq əkinindən başlayaraq mahlıc emalı və iplik istehsalı da daxil olmaqla, son məhsul olan cins parça istehsalı layihəsinin hazırlanması ilə bağlı işlərə artıq başlanılıb.”
Bunu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Strateji inkişaf və kommersiya departamentinin direktor müavini Rüstəm Əkbərli deyib.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən deyib: “Pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton. Məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır. Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir. Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir”.
R.Əkbərli qeyd edib ki, respublikamızda ən iri pambıq istehsalçılarından və emalçılarından olan “Azərpambıq ASK” MMC bu sahədə öz sözünü demiş müəssisədir. Hazırda pambıq ipliyindən parça istehsalına keçməklə bağlı müəssisə tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb: “Bu tədbirlərə həm regional, həm dünya bazarında tələbin, bazarda mövcud olan böyük şirkətlərin öyrənilməsi, son trendlərin və strategiyaların araşdırılması istiqamətində işlər daxildir. Potensial müştərilərin öyrənilməsi, bazarın hazırkı vəziyyəti, gələcək satış imkanları və artan tələbi nəzərə alaraq istehsal potensialının bu tələblərə əsasən qurulması əsas standartlardan biridir. İstehsal prosesinin effektiv şəkildə qurulması, müəssisənin səmərəli işləməsi, mənfəətə nail olunması üçün bu sahədə dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Xüsusilə də bu sahədə olan avadanlıqların istehsalı üzrə ixtisaslaşmış Almaniya, İsveçrə və digər Avropa şirkətləri ilə koordinasiya olunmuş formada layihənin hazırlanması işləri görülür”.
Bununla yanaşı, tekstil sahəsində çoxillik təcrübəyə malik olan və tekstil məhsullarının keyfiyyəti ilə öndə sayılan bir neçə türk şirkətləri ilə də əməkdaşlıq qurulduğunu deyən direktor müavini bildirib ki, yaxın zamanlarda layihənin yerində müzakirəsi, istehsal xəttinin və havalandırma sisteminin səmərəli şəkildə qurulması məqsədilə Türkiyənin aparıcı şirkətlərindən olan mütəxəssislər layihənin ilkin nümunəsini təqdim edəcəklər.
Layihənin digər komponentlərinin öyrənilməsi ilə bağlı yerli şirkətlər və mütəxəssislər də bu işə cəlb olunacaq.
Bu layihənin icrası nəticəsində Azərbaycanda ilk dəfə olaraq, böyük həcmdə cins parça istehsalına başlanılacaq.
Layihə yeni iş yerlərinin açılması, yerli məhsulların dünya bazarına çıxması, xarici investisiyaların, iri şirkətlərin ölkəyə cəlb olunması kimi amillərə imkan yaradacaq və iqtisadiyyatın inkişafına zəmin olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
9 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
11 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
13 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
14 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb





















