“Arzuolumaz vəziyyət yaranır, Manat dəyərsizləşmə təhlükəsi ilə üzləşə bilər”
Dünya ABŞ-Çin arasında davam edən ticarət müharibələrini necə yoluna qoymaq barədə baş sındırdığı bir vaxtda Çini koronvirus adlanan virusun bürüməsi qlobal bazarlarda gərginliyi daha da artırdı. 2008-2009-cu ilin qlobal maliyyə böhranın fəsadları tam aradan qalxmamış ölkələr yeni böhranla üz-üzə qalıblar. Virusun qarşısı alımasa dünya iqtisadiyyatı hətta 2008-2009-cu il böhranından da ağır duruma düşə bilər. Çünki söhbət dünyada ikinci ən böyük iqtisadiyyata malik ölkənin düşdüyü durum və onun digər ölkələrə neqativ təsirindən gedir.
Əslində Çin 2003-cü ildə də oxşar vəziyyətlə üzləşmişdi. Həmin vaxt SARC virusunun yayılması ölkə iqtisadiyyatına neqativ təsir etmişdi. Sadəcə həmin dövrdə Çinin dünya iqtisadiyyatında rolu indiki kimi aparıcı deyildi. 2003-cü ildə səmavi ölkədə ÜDM-in həcmi 1,6 trilyon dollar, ixrac 438 milyard dollar olduğu halda hazırda bu göstərici uyğun olaraq 13 trilyon dollar və 2,5 trilyona dollara yüksəlib. Çinin dünya üzrə ÜDM-də payı 4%-dən 17%-ə yüksəlib. Çin dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-ın əsas ticarət tərəfdaşıdır, bir sıra məhsullar (elektrotexnika, sənaye avadanlıqları, mebel, oyuncaq və idman avadanlıqları, plastic məmulatlar və s.) üzrə onun ən böyük təminatçısıdır. Ona görə də ABŞ iqtisadiyyatı da Çinin neqativ təsiri dairəsindədir. Çin sənaye və istehlak mallarının istehsalı üçün komplektləşdirici materialların əsas təchizatçısıdır. Dünya üzrə kompletləşdirici materialların 20%-i, elektrik avadanlqların 22-24%-i bu ölkənin payına düşür.
"NEFT 50 DOLLARDAN AŞAĞI DÜŞƏRSƏ...."
Tanınmış iqtisadçı-ekspert Samir Əliyev Marja-ya məxsusi açıqlamasında bildirdi ki, Çin iqtisadiyyatının yavaşıması və gələcəkdə böhrana düşməsi perspektivi Azərbaycan üçün də arzuolunan deyil. Əgər virus problem vaxtında həllini tapmasa dünyanı 2008-2009-cu ildən, Azərbaycanı isə 2015-ci ildən də ağır sınaq gözləyir:

“Çünki bu ölkədə iqtisadiyyatın yavaşıması neftin qiymətinə azaldıcı təsir göstərir. Çin dünyanın ən böyük neft idxalatçısıdır. Gündəlik idxalı 14 milyon barel olan Çinin istehlakı artıq 20% azalıb. Bu isə dünya üzrə istehlakın təxminən 3% azalması deməkdir. Təsadüfi deyil ki, virus problem aşkarlanandan sonra dünya əmtəə birjalarında Brent markalı neftin bir bareli 15% ucuzlaşaraq 65 dollardan 55 dollara qədər ucuzlaşıb. Hətta bu göstərici 54 dollara qədər düşsə də sonradan qiyməti müəyyən qədər bərpa edə bilib. Sirr deyil ki, Azərbaycan iqtisadiyyatı netdən aslıdır. İxracının 90-95%-i, büdcəsinin 60-70%-i, ÜDM-in yarıya qədər neftin hesabına formalaşır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neftin qiyməti 55 dollar götürülüb. Hazırda isə Azərbaycan nefti bu həddə yaxınlaşıb. Neft 50 dollardan aşağı düşərsə və ucuzlaşma uzunmüddətli olarsa milli valyutamız dəyərsizləşmə təhlükəsi ilə üzləşə bilər”.
“İDXAL MALLAR BAHALAŞACAQ”
Samir Əliyev əlavə etdi ki, məsələ təkcə neftin ucuzlaşması ilə bitmir: “Çin istənilən ölkənin, o cümlədən Azərbaycanın əsas idxalatçı ölkəsidir. Məsələn, 2019-cu ildə idxalımızda 10,5%-lik paya malik olan Çində gətirilən malların dəyəri 1,4 milyard dollar olub. Hazırda topdan və pərakəndə ticarət obyktlərində Çindən gətirilən geyimlər, o ümlədən baş və ayaq geyimləri, kosmetik və plastik məmulatlar satılır. Xüsusilə Sədərək və Binə ticarət mərkəzlərinin satdığı məhsullar əsasən Çindən gətirilir. Virus probleminin uzanması səbəbindən bu malların idxalının məhdudlaşdırılması və ya ümumiyyətlə dayandırılması idxal mallarının bahalaşmasına səbəb olacaq. Çünki Çini əvəzləyəcək Türkiyə, Rusiya, Avropa malları bazarı təmin etmək gücündə deyil. Nəzərə alaq ki, həmin ölkələr də analoji problemlə üzləşirlər və onlar komplektləşdirici materialları Çindən alırlar.
Deməli, həm manatın ucuzlaşması, həm də Çindən gətirilən malların məhdudlaşdırılması səbəbindən idxalın bahalaşması ölkədə qiymətlərin bahalaşmasına gətirib çıxara bilər. Xaricdən gətirilən xam malın və ehtiyat hissələrin bahalaşması həmçinin idxaldan, o cümlədən Çin məhsullarından asılı olan yerli istehsal üçün də çətinliklər yara bilər”.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat sonra
- 5 d. əvvəl
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
2 saat əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ən çox oxunanlar
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb












.jpg)






