Gübrə satan obyektlərdə POS-terminallar quraşdırılacaq
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) gübrə satışlarını həyata keçirən mağazaları POS-terminallarla təmin etməyə çağırıb.
Bunu AKİA-nın sədri Mirzə Əliyev pestisid və toxum təchizatçıları ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu günədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən AKİA sədri təchizatçıları qeydiyyatdan keçməyə çağırıb.
O həmçinin Subsidiya İnformasiya Sistemində (SİS) bu günədək 465 321 fermerin 594 855 təsərrüfatını qeydiyyatdan keçdiyini bildirib. Fevralın 4-dək 245 387 fermerə məxsus 336 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib.
Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən M. Əliyev bu günədək 179 000 ədəd Fermer kartının sifariş olunduğunu vurğulayıb.
"Çap olunan 163 min ədəd Fermer kartı hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanır", - deyə M. Əliyev əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)




