Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Biz banklara “faizləri aşağı salın, riskli kreditlər verin” göstərişi verə bilmərik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biz banklara “faizləri aşağı salın, riskli kreditlər verin” göstərişi verə bilmərik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Biznes kreditlərinin artırılması üçün banklar stimullaşdırılmalıdır”.

 

Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, müəyyən tənzimləmə çərçivəsi vasitəsilə biznes kreditlərini stimullaşdırmaq lazımzdır:

 

“Banklar kommersiya qurumlarıdır, biz onlara göstəriş verə bilmərik ki, “siz faiz dərəcələrini aşağı salın, daha çox riskli kreditlər verin”. Müəyyən stimullar yaradılmalıdır. Məsələn, Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Fond daha çox üzərinə yük götürə, kredit faizlərinin daha böyük bir hissəsini subsidiyalaşdıra bilər”.

 

Elman Rüstəmov əlavə edib ki, biznesin kreditə çıxış imkanlarının asanlaşdırılması, biznes kreditlərinin artırılması məsələlərini bu günlərdə İqtisadiyyat Nazirliyi ilə geniş müzakirə edəcəklər.

 

ZƏMANƏTİN VERİLMƏSİ ŞƏRTLƏRİ

  

Məlumat üçün bildirək ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı şərtlərlə Zəmanət verir:

- Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;

-  Bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 milyon, bir-biri ilə əlaqədar borcalanlar qrupuna isə 10 milyon manatdan çox olmamalı;

- Kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

- Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;

- Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir;

- Faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə verilir.

 

Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

31.01.2020 11:21

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18