Əmlakınızı Kapital Bank-da sığortalayın
® Daima müştərilərinin rahatlığını düşünən Kapital Bank daha bir yenilik təqdim etdi.
Artıq PAŞA Sığorta tərəfindən təqdim olunan Daşınmaz Əmlakın İcbari Sığortasını Kapital Bank-da həyata keçirmək mümkündür. Odur ki, müştərilər öz mülklərini bədbəxt hadisələrdən sığortalamaq üçün bankın Bakıdakı filiallarına müraciət edə bilərlər.
Daşınmaz əmlakın icbari sığortası əmlakın daşqın, yanğın, sel, zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığorta müddəti 1 il olmaqla yaşayış evləri və mənzillərin icbari sığortası üzrə təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır) təşkil edir. Sığorta haqqı Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 50 AZN-dir. Xidmət barədə ətraflı məlumat əldə etmək üçün: www.kapitalbank.az/emlaksigorta.
Qeyd edək ki, Daşınmaz Əmlakın İcbari sığorta haqqını BirKart-la 2 və ya 3 aya faizsiz taksitlə də həyata keçirmək olar. BirKart Cashback və BirKart Miles kartı sahibləri müvafiq olaraq birdəfəlik ödənişlər zamanı xərclərinin 4%-ni cashback olaraq balanslarına geri ala və istənilən aviabiletə dəyişilməsi mümkün olan əlavə millər qazanacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























