970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vergilərdəki son dəyişiklikləri öyrənmək üçün fürsət

AzVak-mobil_resmin_ustu_31
Vergilərdəki son dəyişiklikləri öyrənmək üçün fürsət
iç səhifə xəbər şəkil altı (mobil)_32

Yanvarın 31-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək.

 

Reklam_3_11

KOBİA-dan bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.

 

Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür. KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.

 

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar - http://bit.ly/38RwDrC.

 

30.01.2020 08:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19