"Ölkəmizdə xam pambıqdan ən azı parça istehsal edilməlidir"
Keçən il ölkəmizdə 294 min ton pambıq istehsal olunub ki, bu da son illərin rekord göstəricisidir. Məhsuldarlıq 29,4 sentnerə bərabər olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən deyib: “Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir. Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir”.
Bu sahədə hazır məhsulun əldə olunması üçün qarşıda duran vəzifələrdən danışan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, toxuculuq sənayesinin əsas xammal bazasını təşkil edən pambıqçılığın istehsalında son illər ciddi inkişaf dinamikası var. Eyni zamanda, pambığın ilkin emalı da həyata keçirilir. Lakin pambıq mahlıcından iplik emalı potensialımız mövcud tələbatın təxminən 30-40 faizi həcmindədir. Parça istehsalının isə mövcud xammal bazasına nisbətdə göstəriciləri daha aşağıdır.
F.Fikrətzadə qeyd edib ki, dəyər zənciri üzrə daha çox əlavə dəyərin yaradılmasına nail olmaq və daxili tələbatı yerli istehsal hesabına təmin etmək üçün iplik fabriklərinin və toxuculuq kombinatlarının tikilməsinin dəstəklənməsinə ehtiyac var: “Hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat Nazirliyi pambıqçılığın klaster əsasda inkişafı üçün kompleks qiymətləndirmə aparır. Pambığın son məhsula, yəni ən azı parçaya çevrilməsi üçün klaster yanaşması da nəzərə alınmaqla əsaslandırma hazırlanır. Məqsəd odur ki, ölkəmizdə xam pambıqdan ən azı parça istehsal olunsun. Eynilə bu, yun istehsalı üzrə də keçərlidir. Ölkədə yun xammalı da istehsal olunur. Hazır yun xammalı əsasında xalça istehsalı var. Amma yun-iplik sənayesi, yəni klasterin bu aralıq mərhələsi inkişaf etməyib. Bununla bağlı qiymətləndirmə aparılır”.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru bildirib ki, növbəti 5 il ərzində pambıqçılıq üzrə klasterlərin başa çatdırılması planlaşdırılır: “Bu imkan verəcək ki, bir neçə yüz milyon manat dəyərində qiymətləndirilən toxuculuq sənayesində olan xammalları klasterlərin yaradılması hesabına, ümumilikdə bir neçə milyard manatlıq emal məhsuluna çevirək. Beş il ərzində özəl sektorun bu sahəyə aktiv cəlb olunması, dövlət təşviqi mexanizmləri vasitəsilə pambıqçılıq üzrə bu klasterin formalaşması mümkündür”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















