Aqrar təhsilin keyfiyyətinin aşağı olduğu üzə çıxdı
Aqraryönümlü təhsil alanların yarısından çoxu öz ixtisasları üzrə çalışmırlar
Kənd Təsərrüfatı Nazirliyi ölkədə ilk dəfə olaraq aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə sorğular keçirib
Kənd Təsərrüfatı Nazirliyi “Kənd Təsərrüfatı məhsullarının istehsalına və emalına dair Straterji Yol Xəritəsi”nə uyğun olaraq aqrar təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlərin işlənib hazırlanması məqsədilə sorğular keçirib.
Nazirliyin İnsan resursları şöbəsinin Təhsil sektoru tərəfindən aparılan sorğular üç istiqaməti - məzunların işlə təminatı, işəgötürənlərin məzunların bilikləri haqqında rəyinin öyrənilməsi və əmək bazarının təlabatının müəyyənləşdirilməsi istiqamətlərini əhatə edib.
Sorğuya 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirən aqraryönümlü ixtisaslar üzrə 532 məzunun 56%-i cəlb olunub. Sorğuda iştirak edən 300 məzunun 33%-ni qadınlar, 67%-ni kişilər təşkil edib.
Məzunların işlə təminatının müəyyənləşdirilməsi məqsədilə aparılan sorğu zamanı məlum olub ki, işləyən respondentlərin 43%-i öz ixtisasları üzrə çalışır. Sorğunun nəticələri onu göstərir ki, tələbələrin universitetə aşağı bal ilə qəbul olmaları onların ixtisaslarına olan maraqlarına, ali təhsil müəssisəsindən gözləntilərinə və gələcək karyera seçimlərinə təsir göstərib.
Özəl və dövlət qurumları daxil olmaqla 201 təşkilat arasında keçirilən sorğu işəgötürənlərin təhsilin keyfiyyətinə dair məmnunluq səviyyəsini qiymətləndirməyə imkan verib. Belə ki, rəyi soruşulan işəgötürənlər məzunların praktiki və tətbiqi biliklərinin daha da gücləndirilməsini tövsiyə ediblər.
Əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi məqsədilə 60 rayonda fəaliyyət göstərən ümumilikdə 201 kiçik, orta və iri sahibkar, eləcə də 1321 ailə təsərrüfatı arasında sorğu keçirilib. Sorğunun nəticələrindən bəlli olub ki, Azərbaycanda dövlət dəstəyi nəticəsində kənd təsərüfatı sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarında, həmçinin ailə təsərrüfatlarında innovativ texnologyalar inkişaf etməkdədir. Təsərrüfatlarda innovativ texnologiyanın tətbiqinin genişləndirilməsi üçün tədris proqramlarında, kvalifikasiya və peşə standartlarının yenilənməsi məqsədəuyğun sayılır. Sorğuların cavabları ümumiləşdirilib, təhlil edilib və nəticələr üzrə müvafiq tövsiyələr hazırlanıb. Beləliklə, aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi və aqraryönümlü ixtisasların kənd təsərrüfatı sahəsində mövcud əmək bazarının tələblərinə uyğun formalaşdırılmasını təmin etmək üçün aşağıdakıları tövsiyə olunur:
1. Universitetin maliyyə dayanıqlığını təmin etmək;
2. İşlə təmin olunma səviyyəsinə diqqətlə yanaşmaq (işlə təmin olunmanı 90%-ə çatdırmaq);
3. Aqrar sənaye sektoru ilə yaxından partnyorluq etmək və layihəyə
əsaslanan tədrisin təşkilini qurmaq;
4. Tədris proqramlarından asılı olmayaraq rəqəmsal və xarici dil biliklərinin aşılanması məqsədilə müvafiq fənlər əsas fənlər kimi öz əksini tapsın;
5. Tələbələrə elmi, tətbiqi və tədqiqat bacarıqlarını aşılamaq;
6. İxtisasın xüsusiyyətini nəzərə alaraq tədrisin təşkili zamanı istehsalat təcrübəsinin mövsümə uyğunluğunu təmin etmək;
7. Universitetin aqraryönümlü ixtisasları üzrə tədris proqramlarının
keyfiyyətini beynəlxalq səviyyəyə çatdırmaq;
8. Tələbə və müəllim mübadilə proqramlarını genişləndirmək;
9. Aqrar sahədə diplomların xarici ölkələrdə tanınmasını təmin etmək;
10. Beynəlxalq reytinqdə yer almaq.
Sorğuların nəticələri aqrar təhsil sahəsində metodiki təlimatların hazırlanmasında istifadə olunacaq.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
9 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
























