Vətəndaşların kredit tarixçələri üçün sorğuların sayı kəskin artıb
Nisyə mal satan mağazalar da Kredit Bürosuna sorğular göndərməyə başlayıblar
Azərbaycan Kredit Bürosu (Büro) 2019-cu il ərzində 2 BOKT, 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalamışdır.
Bu barədə Azərbaycan Kredit Bürosundan “Marja”ya daxil olmuş məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, Büro tərəfindən hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmışdır və 2019-cu ilin yekununa olan göstəriciyə görə Büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə qalxmışdır.
2019-cu il ərzində Büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2 milyon 882 min 846 sorğu həyata keçirilmişdir. Bu göstərici 2018-ci il tarixi ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56 faiz çoxdur. Qeyd edək ki, 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1 milyon 845 min 144 sorğu yerinə yetirilmişdir.
Büroya edilən sorğuların 2 milyon 572 min 178-i banklar, 309 min 939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilmişdir.
Büronun skorinq xidmətindən isə il ərzində ümumilikdə 1 milyon 923 min sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 67%-ni təşkil edir.
İl ərzində kredit hesabatı əldə etmək məqsədi ilə kredit tarixçəsi subyektləri tərəfindən Büroya 31 min 377 müraciət daxil olmuşdur. Müraciət etmiş şəxslərin 31 min 230-u fiziki, 147-si isə hüquqi şəxsdir.
Kredit bürosu kredit tarixçәsi subyektinin kredit tarixçәsini tәşkil edәn mәlumatları toplayan, saxlayan, tәhlil edən vә kredit hesabatlarını verən, eyni zamanda qanunvericiliklə müəyyən olunmuş digər fəaliyyət növlərini həyata keçirən kommersiya hüquqi şәxsidir.
Kredit tarixçәsi isə - mәlumatların saxlandığı üsul vә formadan asılı olmayaraq kredit tarixçәsi subyektinin cari vә ödәnilmiş borcları, borc öhdәliklәrinin tәminatı ilә bağlı, habelә ödәmә qabiliyyәtinin vә borc öhdәliklәrinin icra intizamının qiymәtlәndirilmәsi üçün lazım olan mәlumatların mәcmusudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)













