"İri market şəbəkələri iş adamlarından böyük məbləğlər tələb edirlər"

"Azərbaycandakı iri market şəbəkələri burada satışa çıxarılan istənilən məhsulun sistemə daxil edilməsi üçün iş adamlarından böyük məbləğlər tələb edirlər".
Bunu "Mister B" bal istehsalçısı şirkətinin rəhbəri Cavid Kərimov bildirib.
Onun sözlərinə görə, məhsulun yalnız market sistemindəki satışda olan malların siyahısına daxil edilməsi - yəni barkod alınması üçün böyük məbləğlər tələb edilir: "Barkod üçün ödənişin sistemdə məhsulu tanıtmaq üçün istənilir. Məhsulun yerləşdiyi rəflər üçün icarə haqqı isə ayrıca hesablanır".
İş adamı bildirib ki, müxtəlif marketlərin bu xidmətə görə tələb etdiyi məbləğ fərqlidir. Ən böyük məbləği "Bravo" market tələb edir: "Qaydalara görə, hər barkoda görə, 500 manat ödənməlidir və bu qiymətə ƏDV daxil deyil".
İş adamı bildirib ki, söhbət təkcə bir məhsuldan getmir: "Bir marketdə təmsil olunmaq üçün minimum 10-15 məhsul çıxarmaq lazımdır. Bunların hər biri üçün də barkod almaq lazımdır". Başqa sözlə, 10 adda məhsulun marketdə təkcə satışa çıxarılması üçün bir neçə min manat tələb olunur.
İş adamı qeyd edib ki, "barkod" haqqı "Bazar Store"də 200-300 manat arasında dəyişir, "Araz" marketdə isə vaxtilə 100-150 manat olub: "İndi onlar da qiymətləri qaldırıblar. Hazırda "Araz" marketdə də barkod qiyməti demək olar "Bravo" ilə eynidir".
İş adamının sözlərinə görə, bu tələblər zamanı mal satıcısının böyük və ya kiçik olmasına, yerli və xarici istehsalçı olmasına fərq qoyulmur. Nəticədə xüsusilə yerli kiçik istehsalçılar əlavə xərcə düşürlər. Nəticədə bu xərclər satılan məhsulun üzərinə əlavə edilir və yerli məhsullar xaricdəki daha ucuz analoqlarına uduzurlar.
Adı çəkilən şəbəkələrin iddia ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
© Fed
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
43 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 46 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
