Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü inşa ediləcək
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Baş Nazirin müavini Şahin Mustafayev də çıxış edib:
-Möhtərəm cənab Prezident, qeyd etdiyiniz kimi, əsas ticarət tərəfdaşlarımızla aparılan işlər nəticəsində keçən il uğurlu göstəricilər əldə edilmişdir. İlk növbədə, bu iş yaxın qonşu ölkələrlə çox sıx əlaqədə həyata keçirilmişdir. Qeyd etdiyiniz kimi, qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin nəticəsində əldə olunmuşdur. İlk növbədə, Rusiya Federasiyası bizim qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşımızdır. Azərbaycan qeyri-neft ixracı üçün ən iri bazar məhsulu sertifikasiyasıdır. Sizin göstərişiniz əsasında Rusiya Federasiyasında Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb və artıq iki ildən çoxdur fəaliyyət göstərir. Rusiya Federasiyasında ticarət və şərab evlərinin açılması baş tutmuşdur. Eyni zamanda, Sizin tərəfinizdən hökumətlərarası komissiya çərçivəsində ölkələr arasında əlaqələrin inkişafını əks etdirən yol xəritəsi təsdiq olunmuşdur. Yol xəritəsində də və yol xəritəsinin əlavəsi olan tədbirlər planında da ölkələr arasında əsasən ticarət dövriyyəsinin artırılması istiqamətində atılan addımlar da bir-bir qeyd olunmuşdur. Rusiya Federasiyası ilə ticarət dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr elan olunanda təxminən o səviyyədə də qalacaqdır. Qeyd etdiyim yol xəritəsində bu ölkə ilə ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində, həmçinin ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması kimi tədbirlər nəzərdə tutulmuşdur.
Sizin tapşırığınız əsasında Rusiya Federasiyası ilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində keçən il önəmli illərdən biri olmuşdur. Keçən ilin sonunda çoxdan gözlənilən Samur çayı üzərində yeni körpünün inşası başa çatdırılmışdır, açılışı baş tutmuşdur. Hesab edirəm ki, bu infrastruktur layihəsinin icra olunması iki ölkə arasında ticarət mübadiləsinə çox ciddi müsbət təsir göstərəcəkdir. Eyni zamanda, hökumətlərarası komissiya çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır. Rusiya Federasiyası ilə bizim üç sərhəd-keçid məntəqəmiz var. Biz bu il və gələn illərdə o yeni sərhəd-keçid məntəqələrində də infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparacağıq. Həmçinin Siz qeyd etdiyiniz kimi, turizmin inkişafı baxımından Rusiya Federasiyasından gələn turistlərin sayı önəmli dərəcədə artmışdır. Sizin tapşırığınızla artıq məhz nağdsız əməliyyatların həyata keçirilməsinin artırılması baxımından Rusiya Federasiyasının “Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir və yaxın gələcəkdə bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə, bu sistemin də tətbiqi baş tutacaqdır. Sistemin tətbiqi nəticəsində turizm imkanlarının, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı da gözlənilir.
Çinlə əlaqələr baxımından keçən il uğurlu il olmuşdur. Siz Çində “Bir kəmər, bir yol” beynəlxalq konfransında iştirak etmisiniz. Siz bu konfrans çərçivəsində Çinin lideri ilə görüş keçirmişdiniz. Bu görüşdə 10-a yaxın sənəd imzalanmışdır. Elə görüş çərçivəsində 800 milyon dollar həcmində kontraktlar imzalanmışdır. O kontraktların icrasına başlanılıbdır. Azərbaycanın Çinə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunur. Çində bir neçə ticarət və şərab evi açılmışdır. Biz düşünürük ki, Çin bazarı Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün müsbət rol oynaya bilər və Çinlə ticarət əlaqələrinin inkişafı baxımından bu işlərin davam etdirilməsi zəruri hesab olunur və tərəfinizdən lazımi göstərişlər verilmişdir. Eyni zamanda, qeyd etməliyəm ki, Çində Sizin tapşırığınızla ikinci ticarət nümayəndəliyi fəaliyyət göstərir. Ticarət nümayəndəliyinin fəaliyyəti nəticəsində qeyri-neft ixracı və ticarət dövriyyəsinin artımında önəmli nəticələr əldə olunmuşdur. Çinlə əməkdaşlığa gəldikdə isə, bir sıra istiqamətlərdə də əlaqələr inkişaf edir, o cümlədən nəqliyyat, logistika sektorunda uğurlar əldə olunur. Artıq Çindən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Türkiyə ərazisinə keçidi təmin olunur. Əminəm ki, bu istiqamətdə görülən işlər gələcəkdə böyük uğurlara gətirib çıxaracaqdır.
Qonşu ölkələrdən İranla da ticarət dövriyyəmizdə və ümumiyyətlə, digər sahələrdə önəmli nəticələr əldə olunmuşdur. İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım olmuşdur. Ümumilikdə, Siz çıxışınızın əvvəlində qeyd etdiyiniz kimi, dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması, doğrudan da Azərbaycan üçün böyük nailiyyətdir və apardığınız siyasətin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Siz qeyd etdiyiniz kimi, artıq avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırmışdır və yaxud başa çatdırmaq üzrədir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb.Düşünürəm ki, gələn il o körpünün də tikintisi başa çatacaq. Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaqdır. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaqdır.
Cənab Prezident, qeyd etdiyiniz kimi, qonşu ölkələrlə aparılan ciddi və önəmli siyasət sayəsində həm ticarət dövriyyəsinin, həm qarşılıqlı investisiya layihələrinin nəticələri onu göstərir ki, bu siyasət müsbətdir, düzgündür və öz bəhrələrini verməkdədir. Keçən il olduğu kimi, bu il də biz əlavə nəticələr gözləyirik.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
37 d. əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
-
44 d. əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
-
2 saat əvvəl
Azərbaycan ilə Şimali Kipr arasında müntəzəm çarter reysləri başlayacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
3 saat əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Qızıl sülh xəbəri ilə bahalaşır
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























