Dekabrda valyuta hərraclarında Dollar satışı kəskin artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886 milyon 350 min ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə "Marja"ya Fonddan bildirilib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539 milyon 810 min ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda vəsait satışı 346 milyon 540 min dollar və ya 64,2% artıb.
Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində 654,85 milyon ABŞ dolları , sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları, avqust ayı ərzində 815,4 milyon ABŞ dolları, iyul ayı ərzində 434,9 milyon ABŞ dolları, iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları, may ayı ərzində 352,4 milyon ABŞ dolları, aprel ayı ərzində 423,7 milyon ABŞ dolları, mart ayı ərzində 600,5 milyon ABŞ dolları, fevral ayı ərzində 316,2 milyon ABŞ dolları, yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
Ötən ilin 12 ayı ərzində Dövlət Neft Fondu tərəfindən 6 milyard 593 milyon 860 min dollar vəsait satılıb.
ARDNF-in 2019-cu il büdcəsinə görə, dövlət büdcəsinə 11 milyard 364 milyon 300 min manat transfert edilməli idi. Bu qədər Manatın əldə edilməsi 6 milyard 685 milyon dolların satılmasını tələb edirdi.
ARDNF-in təsdiq edilmiş xərclərinə görə, 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manatdır (6 milyard 676 milyon dollar).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























