Vergi və gömrük güzəştlərinə dair reyestr sistemi yaradılır
Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılacaq.
“Marja” xəbər verir ki, Maliyyə Nazirliyi "Evrodizayn" QSC ilə müqavilə imzalayıb. Məbləği 865 min 500 manat olan müqavilə “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması”nı nəzərdə tutur.
Oktyabr ayında "Evrodizayn" QSC, Maliyyə Nazirliyinin Aparatında arxiv işlərinin elektron qaydada aparılması məqsədilə arxiv sənədlərinin rəqəmsallaşdırılmasını, indeksləşdirilməsini və sənədlərin klassifikasiyasını həyata keçirən “e-arxiv” proqram təminatının hazırlanmasının satın alınması üzrə keçirilmiş müsabiqənin də qalibi olub. Şirkət Nazirlik ilə 72 min manatlıq müqavilə imzalayıb.
Həmçinin "Evrodizayn" QSC Maliyyə Nazirliyi üçün “Tapşırıqların idarəedilməsi (Task management) proqram təminatı” da hazırlayacaq. Bu məqsədlə şirkət Nazirlikdən 14 min 903 manat alıb.
Maliyyə Nazirliyi Oktyabr ayında "Evrodizayn" QSC-dən 87 min kommunikasiya avadanlıqları da satın alıb.
22 ilə yaxındır fəaliyyət göstərən “Evrodizayn” şirkəti İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihənin idarə edilməsi sahəsində ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























