"Bu anbarlar yaradılsa Avropadakı bir çox şirkət Azərbaycana sərmayə yatıra bilər"
“Antrepo” tipli anbarların yaradılması Azərbaycana ticarət və logistika sahəsində yeni dividendlər gətirəcək.
Bu sözləri “MyBroker” şirkətinin təsisçisi Rəşad Əliyev deyib.
O bildirib ki, yaxın gələcəkdə Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılmasına başlanacaq. Azərbaycan dünyanın ticarət mərkəzlərindən birinə çevrilməsi üçün zəruri olan bütün imkan və bacarığa malikdir. İqtisadi, coğrafi və siyasi üstünlükləri nəzərə alaraq ölkənin sahib olduğu logistik potensialından tam şəkildə istifadə etmək üçün mövcud imkanlardan bir qismi tərəfimizdən araşdırılır. Bu imkanlardan biri də “Antrepo” tipli anbar rejimidir.
R.Əliyevin sözlərinə görə, “Antrepo” tipli anbar kommersiya xarakterli malların gömrük nəzarəti ilə yerləşdirildiyi, yaxşı saxlanıldığı, gömrük qanunvericiliyinə görə qurulmasına icazə verilən qapalı və açıq məkanlardır. Ölkəmizdə beynəlxalq ticarətin inkişafı istiqamətində anbar rejimin inkişaf etməsinə, formalaşdırılmasına zərurət yaranıb: “Avropa və Türkiyədə çox sıx şəkildə istifadə edilməkdə olan bu anbar sistemi mənimsənilərsə və Avropa Anbar Rejimi tam tətbiq edilərsə, başda Türkiyə olmaqla bütün Avropa şirkətləri bölgələrə, bazarlara çıxaracaqları məhsulların bir qismini əvvəlcədən Azərbaycandakı “Antrepo” tipli anbarlara göndərə, müştəri tapdıqca Azərbaycanın daxilindəki və ya xaricindəki alıcılara göndərilməsi üçün logistik fəaliyyətlərini sürətləndirə, ticari əlaqələrini asanlaşdıra bilərlər. “Antrepo” tipli anbar sistemi Azərbaycanda dərhal tətbiq oluna biləcək imkanlara malik kateqoriyaya aiddir. Buna ehtiyac həddindən artıq çoxdur. Sistem tətbiq edilərsə, başda Türkiyə olmaqla Avropadakı bir çox şirkətlər birbaşa Azərbaycana sərmayə yatırmaq, logistika fəaliyyətinin bir qismini Azərbaycandan icra etmək niyyətində ola bilər”.
“Ölkəmizdə bu potensial artıq mövcuddur. Reallaşdırmağı mümkün olan layihə anbar sisteminin inkişaf etdirilməsi, layihənin həm Azərbaycanda olan istehsalçıların və iş adamlarının xeyrinə, həm də yerləşdiyi mövqe baxımından dövlətin xeyrinə olacaq şəkildə planlaşdırılması üçün müvafiq plan və proqramlar hazırlamaq məqsədə uyğun olar. Azərbaycanın Asiyanın ən mühüm ticarət və logistika mərkəzinə çevrilməsində əsas amillərdən biri də anbar sisteminin inkişaf etdirilməsinin sürətlə həyata keçirməsi şərti ilə mümkündür. Bu, çox sərmayə tələb etməyən bir addımdır və həm də, dünyada Azərbaycanın iqtisadi cəhətdən etibarlılığını sürətlə yüksəldən addım ola bilər. Qlobal görüşlərə dayanaraq, anbar rejimlərinin üstünlüklərindən həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın xeyrinə istifadə etmək üçün strategiya hazırlanmalı, tətbiq oluna bilən plan-layihələr həyata keçirilməsi məqsədəuyğun olar”, - deyə o vurğulayıb.
R.Əliyev qeyd edib ki, anbar sistemi çərçivəsində ölkəyə gətiriləcək və xaricə satılacaq malların bütün bank əməliyyatları Azərbaycan banklarında həyata keçiriləcəyi üçün bu aktivasiya Azərbaycan manatının gücünə əlavə güc qatmaqla yanaşı, qlobal olaraq maliyyə sabitliyinə malik olan dövlətimizin dünyadakı nüfuzunu artırar. “Antrepo” tipli anbar sisteminin yaradılması və təkmilləşdirilməsi Azərbaycana ən mühüm ticarət və logistika mərkəzi olmaq imkanını verir. Bu, dünyada kifayət qədər diqqət cəlb edər və dünyanın nəhəng şirkətlərinin Azərbaycana maraq göstərmələrinə səbəb olar. Həmçinin əlavə işlərin formalaşmasına, əlavə sənayenin inkişafına və əlavə məşğulluğun yaradılmasına gətirib çıxarar. Yüklərini Azərbaycana daşıyan quru və dəmir yolu şirkətləri yüklərini anbara ən sürətli şəkildə boşaldaraq öhdəliklərini yerinə yetirərlər. Dövlət, anbara girən və çıxan malların müəyyən edilməsində rahatlığa sahib olacağı üçün həm ərzaq təhlükəsizliyi, həm də gömrük gəlirləri baxımından üstünlük qazanar, qeydiyyatdan keçməmiş iqtisadiyyatı qeydiyyata alar.
© "Azərtac"
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 35 d. əvvəl
-
50 d. əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 13-də gözlənilən hava şəraiti
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb










.jpg)









