Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarlara müraciət edib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermer və sahibkarlara müraciət edib.
Müraciətdə qeyd olunub ki, AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (dezinseksiya, dezinfeksiya, deratizasiya) üzrə xidmətləri həyata keçirir. Bildirilib ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.
“Bildiririk ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Onlara qarşı öz imkanlarınız daxilində aparılan mübarizə tədbirlərində lazımı nəticə əldə etmək mümkün deyildir. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımına ehtiyac duyulur, belə ki, həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır. Mərkəzin mütəxəssislərinin yüksək peşəkarlığı, təcrübəsi, müasir maddi-texniki bazaya malik olması zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri istənilən həcmdə, istənilən şəraitdə və miqyasda olan obyektlərdə həyata keçirməyə imkan verir”, - deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində sahibkarların müraciəti əsasında 236231 ton dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər və digər məhsullar, 350248 m3 meşə materialları, 2709528 m3 istehsal və saxlanma yerləri fumiqasiya edilib.
Sahibkarlar operativ və keyfiyyətli fumiqasiya tədbirlərini həyat keçirmək məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (1652 çağrı mərkəzi) müraciət edə bilərlər.
Qeyd edək ki, fumiqasiya (zərərsizləşdirmə) tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr 260 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydasına” uyğun olaraq həyata keçirilir. Fumiqasiya tədbirlərini KTN yanında AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən aparılır və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























