Dünya Bankı Azərbaycanın özəl sektorunun diaqnostikasını aparacaq
“Gələn il biz Dünya Bankı Qrupunun yeni strategiyasının hazırlanmasına start verəcəyik və bu prosesdə ilkin mərhələ kimi ölkənin özəl sektorunun diaqnostikasının aparılması olacaq”.
Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
A.Əzimovanın sözlərinə görə, bu özəl sektora aid dərin hesabat olacaq: "Hesabat özəl sektorun iqtisadiyyatda rolunun artırılması və iqtisadi artımda rolunun yüksəldilməsi imkanlarını və qeyd edilən sektordakı problemləri özündə əks etdirəcək. Bu sənəd əsasında da Dünya Bankı tərəfindən ümumi ölkə diaqnostikası hazırlanacaq. Daha sonra isə IFC-nin strategiyası və Dünya Bankı Qrupunun “ölkə tərəfdaşlıq strategiyası” hazırlanacaq".
Onun sözlərinə görə, strategiya 2021 – 2026-cı illəri əhatə edəcək.
A.Əzimova əlavə edib ki, strategiyanın hazırlanması üçün IFC-nin nümayəndə heyəti yanvarda Bakıya gələcək: “Özəl sektorun diaqnostikası zamanı biz potensialı yüksək olan özəl sektorları araşdıracağıq. Yəqin ki, həmin sənəd əsasında strategiya da hazırlananda biz prioritet sektorları seçəcəyik. Sonrakı fəaliyyətimizdə onu nəzərə alacağıq. İşlərimizə 2020-ci ilin yanvarında başlayacağıq. Təkcə özəl sektorun diaqnostikası 6-9 ay davam edəcək. Paralel olaraq digər sənədlərin də hazırlanmasına başlanılacaq. Qeyd etdiyim diaqnostikanı aparmaq üçün gələn ilin əvvəllərində iqtisadçılardan ibarət böyük bir komanda Bakıya gələcək”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















