Qızılın unsiyasının qiyməti yenidən 1500 dolları keçib
Qızılın unsiyasının qiyməti, Milad tətili əvvəli son əməliyyat günündə, zəif ABŞ məlumatları və Pekin-Vaşinqton əlaqələrinə dair davam edən narahatlıqların dəstəyi ilə daha da yüksəlib.
"Marja" xəbər verir ki, "Comex" bazarında qızılın qiyməti Çərşənbə axşamı günü Noyabrın əvvəlindən bu yana ilk dəfə 1500 dollar səviyyəsini keçib.
Qızıl, ABŞ Prezidenti Donald Trampun Çin ilə ticarət razılaşmasının imzalanmasınının yaxın olduğu şəklindəki şərhlərindən çox təsirlənməyib. Qızıl, ABŞ-da dayanıqlı istehlak malları sifarişlərindəki gözlənilməz eniş və zəif birinci əl mənzil satışları məlumatının ardından yüksəlib.
Hong Konqda davam edən etirazlar və Çin ilə ABŞ arasında bölgədəki vəziyyət səbəbindən ola biləcək gərginlik artımı sərmayəçilərin narahatlıqlarının artmasına səbəb olub və "etibarlı liman" xüsusiyyətindəki alətlərə tələbin artmasını təmin edib. .
Comex qızıl kontraktları Çərşənbə axşamı günü Nyu Yorkda 1.1% yüksələrək unsiyası 1504.80 dollardan bağlanıb.
Comex gümüş fyuçers kontraktları 2% yüksələrək unsiyası 17.853 dollara çatıb. Platin və palladyum da dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
2 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
7 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
9 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi






















