Fed və AMB-dən daha önəmli faiz qərarı
Dünyanın ən qədim Mərkəzi Bankı olan İsveç Mərkəz Bankının bu həftəki qərarı kritik əhəmiyyətdədir.
1668-ci ildə qurulan dünyanın ən qədim mərkəzi bankı olan "Riksbank", təxminən 5 il əvvəl əsas faiz dərəcəsini sıfırdan aşağı salan bir neçə bankdan biri idi. "Marja" xarici mətbuata istinadən xəbər verir ki, Bankın rəsmiləri bu siyasətin işə yaradığını və faizin artıq mənfi olmaya biləcəyini ifadə edirlər.
Avropa, İsveçrə, Danimarka və Yaponiya mərkəzi bankları İsveçə bənzər siyasətlər tətbiq etmişdir. Hazırda ABŞ Mərkəzi Bankı (Fed), Prezident Donald Trampın faizi mənfi bölgəyə endirmək təzyiqi ilə qarşı-qarşıyadır.
"Bloomber"gun sorğusuna qatılan 16 iqtisadçı İsveç Mərkəz Bankının (Riskbank) 19 dekabrdakı yığıncaqda mənfi 0.25%-də olan faizi 25 bənd artıracağını və sıfır səviyyəsinə qaldıracağını gözləyir.
ABŞ Mərkəzi Bankı (Fed) 11 dekabr yığıncağında faiz məsələsində bir müddət gözləyəcəyini bildirmiş, sabahısı gün Avropa Mərkəzi Bankının (AMB) yeni sədri Laqard ilk yığıncağında pul siyasəti hərəkətlərindən daha çox təşkilatın strategiyasını nəzərdən keçirəcəklərini vurğulamışdı.
İsveçin mənfi faiz siyasətinin mənfi təsirlərinə və qlobal yavaşlama səbəbləri ilə fərqli bir siyasət hücumu etməsi gözlənilir. Bankların mənfəət marjaları ilə əlaqədar şikayətləri artıb.
Mənfi faiz siyasətindəki təməl fikir maliyyə təşkilatlarını daha çox kredit verməyə təşviq edərək iqtisadi artımı canlandırmaq idi.
"Riksbank" 2015-ci ilin Fevral ayında mənfi faiz siyasətinə keçmişdi. "Bloomberg" iqtisadçıları, "Noyabr ayında inflyasiya faiz artırmağa əsas verəcək qədər yüksəlib. 19 dekabrda 25 bənd artım olmasını və təxminən 5 il sonra mənfi faiz siyasətinin lğv ediləcəyini gözləyirik. 2020-ci il boyunca da faizlərdə dəyişiklik gözləmirik" ifadələrini istifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
49 d. əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
6 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
7 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















