Bakıdan Həştərxana aviareyslərin artırılması təklif edilib
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Bakı ilə Həştərxan arasında aviareyslərin sayını həftəd 3 dəfəyə qədərə artırmaq imkanını nəzərdən keçirməyi təklif edib.
Bu barədə Həştərxan vilayətinin hökuməti məlumat verir.
Bu təklif ötən həftə Azərbaycan prezienti İlham Əliyev ilə Bakıda keçiriən görüş zamanı da səslənib.
Bundan əlavə, Babuşkin Azərbaycan Respublikasının Həştərxanda fəxri konsulu vəzifəsini təsis etmək təklifi ilə Əliyevə müraciət edib.
Xəbər verildiyi kimi, dekabrın 13-də Həştərxan vilayətinin qubernatoru Bakıda işgüzar səfərdə olub.
Həmçinin, səfər zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş baş tutub. Danışıqların yekunlarına dair Həştərxan vilayəti hökuməti və Azərbaycan hökuməti arasında 2020-ci il üçün regionlararası əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb.
Proqram ikitərəfli əməkdaşlığın genişlənməsinə yönələn kompleks tədbirlər nəzərdə tutur.
Xəbər verildiyi kimi, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti mayın 16-dan Bakı-Həştərxan marşrutu ilə birbaşa uçuşlara başlayıb. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri "Embraer E-190" təyyarələri ilə həyata keçirilir.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























