Gənclərin startap layihələrinin maliyyələşdirilməsilə bağlı yeni xəbər
Gələn ildən etibarən Azərbaycan Gənclər Fondu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə gənclərin innovativ startap ideyalarının kreditləşməsinə başlayacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, Gənclər Fondunun vəsaitindən istifadə qaydalarına əsasən kreditləşmə üçün üç fərqli mərhələ nəzərdə tutulur – kiçik, orta və böyük həcmli kreditlərin verilməsi.
"Kreditlər üzrə güzəştli faizlərin tətbiqi nəzərdə tutulur. Bundan başqa, Gənclər Fondunun məşğulluq sahəsində də gənclərə əlavə dəstək mexanizmi mövcuddur ki, bu da iş təcrübəsi olmayan, xüsusilə regionlarda olan gənclərin işə cəlb olunarkən onların əməkhaqqılarının müəyyən müddətə subsidiyalaşdırılmasıdır ki, burada əsas məqsəd həm iş təcrübəsi olmayan gənclərə iş təcrübəsi qazandırmaq, həm də sahibkarları stimullaşdıraraq yeni iş yerlərin açılmasına əlavə töhfə verməkdən ibarətdir. Bu fəaliyyət istiqaməti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti ilə yeni ildən həyata keçiriləcək", - deyə F. Cəfərov qeyd edib.
O həmçinin əlavə edib ki, kredit məbləğləri 1 min manatdan 50 min manatadək təşkil edəcək. Faiz dərəcələrinə gəldikdə isə bu dərəcə maksimal olaraq 7% təşkil edəcək.
Azərbaycanda startaplara vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub
"Azərbaycanda dövlət tərəfindən startapların fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub".
Bunu Bakıda keçirilən 1-ci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda meyarların təsdiq edilməsi gözlənilir: "Hesab edirik ki, bu mexanizm işə düşdükdən sonra sözügedən dəstək tədbirindən istifadə edənlərin sayı artacaq".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
45 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır














.jpg)






