Şirkətlər pulun içində “üzürlər”, amma yatırmağa yer yoxdur
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Azərbaycanda bəzi şirkətlər pulun içində “üzürlər”. Bu şirkətlər öz pullarını investisiya etmək üçün alətlər axtarırlar.
“Marja”nın məlumatına görə, bir sıra holdinq, sığorta şirkətləri və banklar şaxələndirilmiş investisiya etmək üçün alətlər tapmaqda çətinlik çəkirlər. İnvestisiya qaydalarına, həmçinin qanunvericiliyin tələbinə görə, şirkətlər öz vəsaitlərini bir neçə aktivə yatıraraq investisiya portfelini şaxələndirməlidirlər. Pulların hamısını depozit şəkilində bankda saxlamaq risklidir. Vəsaitlər bank depozitilə bərabər, qiymətli kağızlara, əmlaka və digər aktivlərə yatırılarsa risk azalır. Bu gün Azərbaycan şirkətləri bank depoziti və dövlət istiqrazlarından başqa, demək olar ki, seçimə malik deyillər.
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə bu il keçirilmiş hərraclardakı sifarişlər göstərir ki, şirkətlərdə xeyli pul var. Bu il qısamüddətli və ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş bütün hərraclarda sifarişlərin sayı çox olub, tələb təklifi üstələyib. Bu onu göstərir ki, bəzi şirkətlərdə kifayət qədər pul var, əgər əlavə qiymətli kağız (məsələn, istiqraz) buraxılışı olarsa, həmin qiymətli kağızlar alınar. Yeni istehsal və xidmət sahələrinin yaradılması ilə bağlı planları olan şirkətlər, Bakı Fond Birjasınının siyahısına (listinqinə) daxil olaraq, bank kreditlərilə müqayisədə daha aşağı faiz dərəcələri ilə borc cəlb edə bilərlər. Çünki başqa şirkətlər borc vermək üçün etibarlı tərəfdaş axtarırlar.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Bu il Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərraclarda tələb və sifarişlər:
Tarix | Təklif | Sifariş (Tələb) |
28 mart 2017-ci il | 10 000 000 AZN | 26,550,500.00 |
07 mart 2017-ci il | 10 000 000 AZN | 42,909,800.00 |
28 fevral 2017-ci il | 10 000 000 AZN | 23,574,200 |
21 fevral 2017-ci il | 10 000 000 AZN | 36,215,300 |
03 fevral 2017-ci il | 15 000 000 AZN | 41,647,200 |
27 dekabr 2016-cı il | 10 000 000 AZN | 14,743,300 |
27 dekabr 2016-cı i | 10 000 000 AZN | 18,284,400.00 AZN |
20 dekabr 2016-cı il | 10 000 000 AZN | 11,585,800 |
20 dekabr 2016-cı il | 15 000 000 AZN | 23,960,200 |
13 dekabr 2016-cı il | 10 000 000 AZN | 25,734,000.00 |
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 41 d. əvvəl
-
-
43 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
58 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
3 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı


























