Unibank gücləndirilmiş iş rejiminə keçib
® “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının restrukturizasiya hissəsini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları gücləndirilmiş iş rejiminə keçib.
Bu həftədən etibarən bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejiminə keçməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edəcək.
Şənbə günü “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları Unibank müştərilərinin xidmətində olacaq. Filiallar səhər saat 10.00-dan 14.00-dək adi iş rejimində, 14.00-18.00-da isə yalnız restrukturizasiya ilə bağlı xidmət göstərəcək.
Problemli kreditlərini restrukturizasiya etmək istəyən müştərilər, bazar günləri də saat 10:00-dan 18:00-dək “Unibank”ın “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi və Region filiallarına müraciət edə bilərlər. Bu filiallar gün ərzində müştərilərə xidmət edəcək.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Restrukturizasiya prosesi nəticəsində müştəriyə hesablanmış bütün cərimə və faiz borcları silinir, müştərinin aylıq kredit ödənişi 3-4 dəfəyədək azalır və kredit tarixçəsi müsbətə dəyişir.
Qeyd edək ki, Prezident fərmanına uyğun olaraq, Unibank müştərilərinin bir hissəsinin kreditləri artıq restrukturizasiya edilib.
Restrukturizasiya prosesinin bitməsinə cəmi 1 ay qalıb. Unibank, fərmanın əhatə etdiyi bütün müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, kreditlərini restrukturizasiya etməyə çağırır.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 9 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)








.jpg)





