PAŞA Bank Azərbaycanda ilk dəfə "DevOpsDays" beynəlxalq konfransı keçirdi
(®) 22-23 noyabr 2019-cu il tarixlərində İT sahəsində fəaliyyət göstərən mütəxəssislər və tərtibatçılar üçün beynəlxalq "DevOpsDays" konfransı keçirildi. PAŞA Bankın “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə əməkdaşlıqda təşkil etdiyi “DevOpsDays” konfransı Azərbaycanda bu sahə üzrə beynəlxalq səviyyədə keçirilən ilk tədbir oldu.
Konfrans İT sahəsində çalışan iki yüzdən çox mütəxəssislərin marağını cəlb etdi. Tədbir zamanı proqram təminatının inkişafına və İT infrastrukturu sahəsində ən aktual məsələlərə, metodikalara və istifadə olunan texnologiyalara həsr olunmuş mövzular müzakirə olundu.
Tədbirdə iştirak edən PAŞA Bankın Baş icraçı direktoru Taleh Kazımov deyib: "Bir korporativ maliyyə institutu olaraq biz İT industriyasının ölkənin iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini çox yaxşı başa düşürük. Ona görə də biz Azərbaycanda İT industriyasının inkişafına öz töhfəmizi verməyə davam edəcəyik."
Konfransda çıxış edən yerli və xarici ekspertlər, o cümlədən PAŞA Bankın Rəqəmsal Laboratoriyasının Rəqəmsal Mühəndislik şöbəsinin mütəxəssisləri rəqəmsallaşmaya doğru gedən şirkətlərin üzləşdiyi çətinliklər və uğurlu transformasiya üçün gərəkli amillər, güclü mühəndis heyətinin qurulması üçün mühəndislərdən tələb olunan bacarıq və biliklər, həmçinin mikroservislər arxitekturası, bulud infrastrukturu, Kubernetes açıq proqram təminatı, proqramlaşdırmada serversiz yanaşma kimi gündəlik iş həyatında istifadə olunan yeni texnologiyalar haqqında danışdı.
Qeyd edək ki, “DevOpsDays” konfransı dünyanın müxtəlif ölkələrində artıq 10 ildir ki keçirilən və DevOps metod və alətlərinin müzakirə edilməsi, həmçinin, məhsuldar görüşlər və yeni ideya və texnoloji həllərin ərsəyə gətirilməsi üçün əlverişli meydança olan beynəlxalq tədbirdir.
Tədbir haqqında daha ətraflı məlumat: https://devopsdays.az/
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
- 11 d. əvvəl
-
19 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 41 d. əvvəl
-
49 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"


















.jpg)


