“Dolların ucuzlaşmasının Azərbaycana mənfi təsiri yoxdur"
“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması dolayı yolla Azərbaycan manatının bahalaşmasına şərait yaradır, amma bu, milli valyutanın məzənnəsinə birbaşa təsir edən amil deyil”.
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov FED-in Prezident Donald Trampın təzyiqi ilə faizləri azaltmasının ehtimalını və onun manatın məzənnəsinə təsirini şərh edərkən deyib.
Xatırladaq ki, D.Tramp FED-i faizləri digər ölkələrlə müqayisədə aşağı salmağa çağırıb. Onun fikrincə, ABŞ dollarının məzənnəsinin güclü olması yerli istehsalçılara və iqtisadi artıma zərbə vurur.
“Hazırda Azərbaycan manatının məzənnəsinə təsir edən əsas amil dünya bazarında neftin qiymətidir. Təbii ki, dolların ucuzlaşması neftin müəyyən qədər bahalaşmasına gətirib- çıxarır. Bununla belə, son 2-3 ildə əmtəə birjalarındakı qiymətlə və ABŞ dollarının məzənnəsi arasında qeyri-müəyyən asılılıq hiss olunmaqdadır. Əgər FED D.Trampın təzyiqi ilə uçot dərəcəsini azaldaraq dolların məzənnəsini zəiflətsə, bu, manatın məzənnəsinə dolayı yolla təsir edəcək”, - deyə R.Həsənov qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın milli valyutasının bahalaşması üçün şərait var və ucot dərəcəsinin azalması da yaxşı mühit formalaşdıracaq: “Ancaq Azərbaycan hökuməti manatın məzənnəsinin güclənməsində maraqlı deyil və bugünkü məzənnəni (1 dollar = 1,7 manat) saxlamağa çalışır.
Eyni zamanda düşünmürəm ki, FED-in məzənnə siyasəti ABŞ adminstrasiyasının təzyiqləri fonunda formalaşsın. Çünki dünya iqtisadiyyatı ilə əlaqəli risklər var və FED siyasətini daha çox bu konteksdən qiymətləndirməyə çalışacaq”.
“FED-un uçot dərəcəsini azaltması qısamüddətli perspektivdə faydalı olsa da, uzunmüddətli perspektivdə Azərbaycanın ixrac potensialını azaldır”. Bunu isə iqtisadçı-ekspert Samir Əliyev deyib.
“Dolların ucuzlaşmasının Azərbaycana mənfi təsiri yoxdur. Əksinə Amerika valyutasının bahalaşması ölkəmiz üçün müsbət hal deyil, çünki onda dünya bazarında neft ucuzlaşır. Bu da iqtisadiyyatı neftdən asılı ölkə kimi Azərbaycan üçün sərfəli deyil.
ABŞ-da faizlərin azaldılmasının yalnız bir mənfi təsiri ola bilər. Dollar ucuzlaşanda, manatın bahalaşması üçün şərait formalaşır, bu isə yerli istehsalın rəqabətqabiliyyətliliyini azaldır. Azərbaycan məhsulları onsuz da keyfiyyət baxımından analoqları ilə rəqabət apara bilmir, yalnız ucuz manat hesabına dünya bazarına çıxa bilirlər. Əgər manat bahalaşsa ölkədən ixrac zəifləyəcək, üstəlik idxaldan asılılıq artacaq”, - o qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






