“AzerTelecom”un iştirakı ilə Xəzərdə fiber-optik xəttin çəkilməsinə başlandı
“AzerTelecom” şirkətinin iştirakı ilə “TransCaspian Fiber Optic” layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
19 noyabr tarixində Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub.
“TransCaspian Fiber Optic” – Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” və “KazTransCom” telekommunikasiya operatorlarının Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı iri miqyaslı layihəsidir.
“AzerTelecom”, “Transtelecom” və “KazTransCom” rabitə operatorları arasında 2018-ci ildə müvafiq üçtərəfli müqavilə imzalanıb. 19 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib.
Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 km. təşkil edəcək. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. “TransCaspian Fiber Optic” hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri Qazaxıstan ərazisində işlərə başlanılmasına dair mərasimdə iştirak ediblər.
Tədbirdə çıxış edən “AzerTelecom” şirkətinin Baş Direktoru Fuad Allahverdiyev layihənin vacibliyini qeyd edib.
“TransCaspian Fiber Optic (TCFO) Avropa ilə Asiya arasında Azərbaycan və Qazaxıstan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizi formalaşdıracaq. Magistral kabel Azərbaycan və Qazaxıstanı sualtı kabel xəttinə sahib ölkələr kimi qlobal internet xəritəsinə daxil edəcək və Xəzər hövzəsində yerləşən iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlığın inkişafı üçün imkanlar yaradacaq. Layihə iki ölkənin İKT sektorunun inkişafı üçün təməl olacaq, Azərbaycan və Qazaxıstanı Avropanın internet mərkəzləri ilə birbaşa əlaqələndirəcək və regionun digər dövlətlərinin internet xidməti ilə təmin edilməsinə imkan verəcək” - deyə Fuad Allahverdiyev bildirib.
“AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir. “TransCaspian Fiber Optic” kabel xəttinin tikintisi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində digər layihələrlə birlikdə Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun yaradılmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















