Neftin qiymətini 5 dollar azaldıb, büdcəni 966 milyon manat artırırıq
2020-ci il üçün dövlət büdcəsinin proqnozlaşdırılmış gəlirləri müstəqillik əldə etdiyimiz dövrdən etibarən manat ifadəsində ən böyük məbləğdir. Dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat məbləğində proqnozlaşdırılmışdır
Proqnozlaşdırılmış gəlir 2018-ci ilin icra göstəricisi ilə müqayisədə 1 milyard 625,6 milyon manat və ya 7,2%, 2019-cu ilin proqnoz göstəricisi ilə müqayisədə isə 966,5 milyon manat və ya 4,2% çoxdur.
"2020-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirib ki, 2020-ci ilin Növbəti ilin dövlət büdcəsinin gəlirləri neftin qiymətinin cari illə müqayisədə az, makroiqtisadi mühitin qənaətbəxş göstəriciləri və vergi qanunvericiliyinə geniş dəyişikliklər fonunda proqnozlaşdırılmışdır:
“2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 4,2% artımı neftin qiymətinin 2019-cu illə müqayisədə 5 dollar və ya 8,3% az proqnozlaşdırıldığı şəraitdə nəzərdə tutulmuşdur. Növbəti il üçün Dövlət Neft Fondundan transfertin həcminin 2019-cu ilin gözlənilən icrasına nisbətən demək olar ki, sabit saxlanıldığını (0,1% və ya 14,3 mln. manat azalma) nəzərə alsaq, cəmi gəlirlərin artımının tam olaraq transfert nəzərə alınmadan başqa mənbələr hesabına təmin ediləcəyini xüsusilə qeyd etməliyik. Belə ki, Dövlət Neft Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin proqnozu 12 milyard 784,5 milyon manat məbləğində nəzərdə tutulmuş, artımın həcmi 2018-ci ilin icrasına nisbətən 1 milyard 234,6 milyon manat (10,7%), 2019-cu ilin gözlənilən icrasına nisbətən isə 980,8 milyon manat (8,3%) təşkil etmişdir”.
Son illərdə və cari ilin ötən dövrü üzrə neftin qiymətinin siyasi amillərin təsirinə daha həssas olması səbəbindən təbii resursla zəngin olan ölkələrdə büdcə tərtibi zamanı ehtiyatlı yanaşmaya üstünlük verilir. İqtisadiyyatı və dövlət maliyyəsi bu resursdan asılı olan ölkələr dünya bazarlarında qiymətin son illərdə dəyişkənliyi səbəbindən büdcə proqnozlarının tərtibi mərhələsində neftin qiymətini daha ehtiyatlı davranaraq konservativ formada müəyyənləşdirirlər. 2020- ci ildə Azərbaycanda və Qazaxıstanda neftin dövlət büdcəsində proqnozlaşdırılan qiyməti 55 ABŞ dolları, Rusiya Federasiyasında isə 42,4 ABŞ dolları nisbətində götürülmüşdür.
2019-cu il üçün Azərbaycanda neftin dövlət büdcəsində proqnozlaşdırılan qiyməti 60 dollardır.
Gələn il Azərbaycan büdcəsinin balanslaşdırılması üçün neftin zəruri qiyməti 48,2 dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
7 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























