Azərbaycan bankının mənfəəti 16 dəfə artıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
“Rabitəbank”ın faiz gəlirlərinin artması, eyni zamanda xərclərinin azalması, ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyata 2 dəfə az vəsait ayırması ilə əlaqədar olaraq xalis mənfəəti kəskin artıb. Bankın müştərilərə verdiyi kreditlərin artması faiz gəlirlərinin artmasını təmin edir.
“Rabitəbank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) dövrünü 7 milyon 621 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur. “Rabitəbank” 2018-ci ilin 9 ayını 476 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar - sentyabr dövründə “Rabitəbank”ın cəmi gəlirləri 38 milyon 159 min manat, cəmi xərcləri 27 milyon 639 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən yaranmış 10 milyon 519 min manat əməliyyat mənfəətinin 2 milyon 898 min manatı ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyata ayırılıb və mənfəət 7 milyon 621 min manata düşüb. Bank 9 ayda mənfəət vergisi ödəməyib. Beləliklə, “Rabitəbank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) dövrünü 7 milyon 621 min manat xalis mənfəət ilə başa vurub
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Rabitəbank”ın cəmi gəlirləri 33 milyon 375 min manat, cəmi xərcləri 27 milyon 4 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən Bank yaranmış 6 milyon 371 min manat əməliyyat mənfəətinin 5 milyon 895 min manatını ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyata ayırdığından həmin dövrü 476 min manat mənfəət ilə bağlamışdı. Bank həmin dövrdə də mənfəət vergisi ödəməmişdi.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ- FAİZ GƏLİRLƏRİ CÜZİ AZALIB
Ötən ilin 9 ayında 26 milyon 175 min manat təşkil etmiş faiz gəlirləri bu ilin 9 ayında 30 milyon 999 min manat, keçən ilin yanvar-sentyabr dövründə 7 milyon 198 min manat təşkil etmiş qeyri-faiz gəlirləri cari ilin eyni dövründə 7 milyon 159 min manat təşkil edib.
FAİZ XƏRCLƏRİ AZALIB, QEYRİ-FAİZ XƏRCLƏRİ ARTIB
Ötən ilin 9 ayında 10 milyon 111 min manat təşkil etmiş faiz xərcləri, bu ilin 9 ayında 7 milyon 885 min manat, keçən ilin yanvar-sentyabr dövründə 16 milyon 893 min manat təşkil etmiş qeyri-faiz xərcləri 2019-cu ilin eyni dövründə 19 milyon 754 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2018-ci il tarixində “Rabitəbank” 772 milyon 113 min manat cəmi aktivlərə, o cümlədən 317 milyon 765 min manat kredit portfelinə malik idi. 30 Sentyabr 2019-cu il tarixində Bankın aktivləri 653 milyon 732 min manat, o cümlədən kredit portfeli 365 milyon 488 min manat təşkil edib.
Aktivlərin azalması “Nağd pul vəsaitləri və ekvivalentlərinin,o cümlədən bloklaşdırılmış nağd vəsait”in, “Banklar və digər maliyyə institutlarındakı depozitlər”in azalması ilə bağlı olub. Bankda müştəri hesabları azaldığından pul vəsaitləri də azalıb.
Cari ilin 9 ayı ərzində “Rabitəbank”ın öhdəlikləri 126 milyon 28 min manat azalaraq 556 milyon 273 min manata, o cümlədən depozitlər isə 159 milyon 100 min manat azalaraq 432 milyon 169 min manata düşüb.
KAPİTALI ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Rabitəbank” 111 milyon 259 min manat məcmu kapitala malik olub. Ötən ilin eyni tarixində bu rəqəm 110 milyon 170 min manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
12 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
13 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)






.jpg)





