Milyonçuların sayı artıb
İsveçrənin qlobal maliyyə xidmətləri şirkəti "Credit Suisse"in "2019 Qlobal sərvət hesabatı"na görə, dünyada əhalinin cəmi sərvəti 2019-cu ildə 360 milyard 603 miyon dollar artıb (2.6 faiz).
2018-ci ildə artım 351 milyard 516 milyon dollar səviyyəsində idi.
"Marja" hesabata istinadən xəbər verir ki, adambaşına düşən sərvət də 63 100 dollardan 70 849 dollara yüksələrək yeni rekord qırıb.
Hesabatda sərvət bölgüsü məsələsində regionlar və ölkələr arasındakı əhəmiyyətli fərqlərə diqqət çəkilib. Adambaşına sərvət artımı ən çox İsveçrə (17 790 dollar), ABŞ (11 980 dollar) və Yaponiyada (9 180 dollar) olub.
Adambaşına düşən sərvətdə ən çox azalma müvafiq olaraq Avstraliya (28 670 dollar), Norveç (7 520 dollar) və Türkiyədə (5 230 dollar) olub.
Hesabata görə, insanların 32.6%-inin sərvəti 10 min dollar ilə 100 min dollar arasındadır və ümumi sərvətin 15.5%-ini təşkil edir. İnsanların 9.8%-i 100 min dollar ilə 1 milyon dollar arasında sərvət sahibdir. Bu insanların sərvətləri ümumi sərvətin 38.9%-ni yaradır. Qlobal əhalinin ən varlı 0.9%-lik qismi isə ümumi sərvətin 43.9% ilə az qala yarısına sahibdirlər.
Hesabatda, 2019-da milyonçu sayının da artım qeyd edərək 45.6 milyondan 46.8 milyona qalxdığı bildirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
35 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 38 d. əvvəl
- 50 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















