Azərbaycanda otellərdəki yerlərin 76%-i boş qalıb
Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2 milyon 667 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gecələmələrin 55,7%-i Bakıda, 9,4%-i Qəbələdə, 9%-i Qubada, 5,5%-i Xaçmazda, 3,4%-i Naftalanda, 2,8%-i Qusarda, 2,5%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Qaxda, hər birində 1% olmaqla Mingəçevir və Lənkəranda, 8,5%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 1743,9 min olub ki, bu da ümumi gecələmələrin 65,4%-ni təşkil edir. Gecələmələrin 15,6%-i Səudiyyə Ərəbistanı, 11,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,4%-i Rusiya Federasiyası, 5,8%-i İsrail, 5,5%-i Hindistan, 5,1%-i İran, 4,6%-i Türkiyə, 3,6%-i Küveyt, 3,1%-i Böyük Britaniya, hər biri üzrə 2% olmaqla ABŞ və Qətər, 1,9%-i Pakistan, 1,6%-i Çin,1,4%-i İraq, 1,3%-i Qazaxıstan, hər biri üzrə 1,1% olmaqla Almaniya və Bəhreyn, 22,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,2%-i Bakı şəhərində, 10%-i Qəbələdə, 3,7%-i Qubada, 2,8%-i Naxçıvan Muxtar Respublikasında, 2,7%-i Naftalan şəhərində, 4,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,1% artaraq 922,8 minə çatıb.
GƏLİRLƏR 17 FAİZ ARTIB
Bu ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7% çox və ya 334 milyon manat olub ki, onun da 66,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
DOLULUQ NİSBƏTİ 23,6% TƏŞKİL EDİB
Bu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6% (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9%) təşkil edib. Bu göstərici Qubada 54,3%, Naftalanda 53,7%, Şabranda 50,6%, Qəbələdə 40,8%, Bakıda 32,6%, Beyləqanda 32%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4%) avqust ayında qeydə alınıb.
Mehmanxanaların tutumu dedikdə nömrələrin və ya yerlərin sayı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















