İlham Əliyev BP-nin yeni regional prezidentilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.
Prezident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illərinin ölkəmizdə enerji sahəsində mühüm inkişafa nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlətimizin başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı. Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildirən Prezident İlham Əliyev onun Azərbaycan ilə BP arasında əməkdaşlığa öz töhfəsini verdiyini qeyd etdi, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaşları tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.
BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrel BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunmuş regional prezidenti Qəri Counzu Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Qəri Counza fəaliyyətində uğurlar arzuladı, ölkəmizin BP ilə əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə və qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına ümidvar olduğunu bildirdi.
Qordon Birrel Azərbaycanda işlədiyi dövrü məmnunluqla xatırlayaraq bu illər ərzində fəaliyyətinə verilən böyük dəstəyə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamlarından danışan Qordon Birrel gələn il “Şahdəniz-2” yatağından çıxarılması nəzərdə tutulan qazın ilk olaraq Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunmasının önəmini vurğuladı. Qordon Birrel Novruz bayramı günlərində Bakıda olduğunu məmnunluqla qeyd edərək şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı.
Görüşdə “Azəri-Çıraq-Günəşli” layihəsinin uzadılması ilə bağlı məsələlər, həmçinin “Şahdəniz” və “Dayaz Sulu Abşeron” layihələri ətrafında müzakirələr aparıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)







