AZAL mobil əlavəsini istifadəyə verib
Azərbaycanın milli aviadaşıyıcısı – AZAL aviaşirkəti iOS (9.0 və daha yüksək versiyalar) və Android (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün öz mobil əlavəsini təqdim edib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, istifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.
“Artıq aviabilet almış sərnişinlər bronu idarə edə, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçə, həmçinin uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. iPhone istifadəçiləri minik talonunu “Apple Wallet” elektron cüzdanına əlavə edə biləcəklər.
Mobil əlavə üç dildə – azərbaycan, rus və ingilis dillərində təqdim edilir və həmçinin aviaşirkətin dəstək xidmətinə onlayn müraciət etməyə imkan verir. Məlumat bölməsində aviaşirkətin baqajın daşınması, tariflər və “AZAL Miles” proqramının əsas qaydaları təqdim olunmuşdur.
Qeyd edək ki, hazırda “AZAL Miles” bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır”, - məlumatda deyilir.
Pulsuz AZAL mobil əlavəsini “App Store” və “Google Play” dən yükləmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)







