"Birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsinə baxılır"
Cari ilin ötən dövrü ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsinin 70 faizdən çox artması qarşılıqlı əlaqələrin inkişafından xəbər verir.
Bu sözləri İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd mətbuata verdiyi açıqlamasında deyib.
O bildirib ki, İranla Azərbaycan sığorta sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək və birgə investisiya fondu yaradacaq. Sığorta sahəsində əməkdaşlıq əlaqələrinin qurulması vətəndaşların və şirkətlərin iş qurmaq istəklərinə köməklik göstərəcək. Onların əmlakı və maliyyə vəsaitlərinə dövlətlər zəmanət verəcək. Bu isə qarşılıqlı sərmayə qoyuluşunu artıracaq.
F.Dejpəsənd iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Onun sözlərinə görə, qarşıdakı iki ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İranla Azərbaycanın dəmir yolu sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi ilə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan veriləcək.
İranlı nazir onu da bildirib ki, dövlətlər arasında birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsinə baxılır.
Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən İran müəssisələrinin sayında da artım müşahidə edilib.
“Bu gün Azərbaycan bazarında 1371 İran müəssisəsi fəaliyyət göstərir” - deyən F.Dejpəsənd yaradılan birgə müəssisələrə də toxunub. Qeyd edib ki, Neftçaladakı avtomobil zavodu fəaliyyətini uğurla davam etdirir. Zavodun istehsal etdiyi maşınlar yerli və xarici bazarlara çıxarılır. Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində əczaçılıq zavodunun tikintisi aparılır və bu birgə müəssisə də uğurla fəaliyyət göstərəcək. İran Azərbaycanı dost və qardaş dövlət hesab edir, iqtisadi əlaqələrin daha da genişlənməsində maraqlıdır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
10 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
11 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
11 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb




















