“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük maşını yoxa çıxıb.
Bu barədə “Shahin MMC” şirkətinin rəhbəri məlumat verib.
Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərindən “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş və Azərbaycanda fəaliyyət göstərən digər bir şirkətə “Alpenfud” MMC-yə məxsus yağ məhsulu ilə yüklənmiş iki yük maşını müəmmalı şəkildə yoxa çıxıb.
“Shahin MMC”-nin rəhbəri Mətləb Nəcəfov qeyd edir ki, yükləri daşıyan Ukrayna şirkəti “Transimpeks LTD”-yə məxsus avtomobillərdəki yüklər 24 fevral 2017-ci il tarixində gəmiyə yüklənməli idi, lakin nəqliyyatçı şirkətin nümayəndəsi Andreyin verdiyi məlumata görə, yük maşınında yaranmış texniki nasazlıq üzündən gecikmə yaranıb.
Daha sonra bu avtomobilin 02 mart 2017-ci il tarixində növbəti gəmiyə yüklənməsi nəzərdə tutulmuşdu. Tərəflər arasında əldə edilmiş razılığa görə, avans olaraq bu yük maşını gəmiyə yüklənmədən əvvəl Mətləb Nəcəfov tərəfindən 2000 ABŞ dolları ödənilməli idi.
Bu səbəbdən də M.Nəcəfov 01 mart 2017-ci il tarixinə qədər hər gün sürücü və şirkətin nümayəndəsi olan Andrey ilə mobil telefon əlaqəsi saxlayıb. Daha sonra isə həmin şəxslər ilə əlaqə qurmaq mümkün olmayıb.
M.Nəcəfov bildirir ki, səhər saatlarında sürücü və şirkətin nümayəndəsi Andreyin mobil telefon nömrələrinə yenə də zəng çatmadığını gördükdə tədbirlər görməyə başlayıb. Öncə göndərici şirkətə məlumat verib və alıcı şirkətin loqistika şöbəsini xəbərdar edib.
Sonra şirkətin sahibi Serqey adlı şəxsin mobil nömrəsinə zəng vurub və həmin vaxt öyrənib ki, baş verənlərdən məlumatlıdır, o da öz növbəsində Andrey və sürücünün axtarışındadır.
M.Nəcəfov saha sonra rəsmi qaydada polisə müraciət edib. Müstəntiq isə “Transimpeks LTD”-nin sahibi ilə əlaqə saxladıqda məlum olub ki, ümumi olaraq bu şirkətin 8 avtomobili yük ilə birlikdə yoxa çıxıb.
M.Nəcəfov “Transimpeks LTD” şirkəti ilə ilk dəfə əməkdaşlıq etdiklərini bu səbəbdən bu şirkətin Ukraynada AsMAP-dan leqitim olmasını dəqiqləşdirdiyini deyir. Eyni zamanda, Ukrayna gömrük orqanları da daşıyıcı şirkətə lazımi sənədləri verib.
M.Nəcəfov hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdiyini, lakin onlara heç bir köməklik göstərilmədiyini də qeyd edib.
© ölkə.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









