"Hər gün 250-300 kq bazara göndərilir, satışında problem yoxdur"
Qazaxlı fermer Nüsrət Aşırov keçən ildən etibarən yeni üsulla çiyələk yetişdirməyə başlamışdır.
Söhbət zamanı Nüsrət Aşırov çiyələyin istehlakçıların ən çox maraq göstərdikləri giləmeyvələrdən olduğunu bildirdi. Dedi ki, Qazax rayonunda çiyələk ilk dəfə yetişdirildiyinə görə rayon rəhbərləri də tez-tez çiyələk sahələrinə gəlir, fəaliyyət ilə maraqlanır, yeri gəldikdə öz köməklərini əsirgəmirlər.
Hazırda sahələrdə məhsuldarlığı daha yüksək, saxlama müddəti çox, süfrəlik və mürəbbəlik olan "Albion” sortu becərilir ki, onun da toxumu əsasən İspaniyadan gətirilir. İlk çiyələk şitillərinin ötən ilin avqust ayında əkildiyini və hektara təxminən 50-55 min ədəd şitil köçürüldüyünü qeyd edən N.Aşırov dedi ki, bu şitillər sahələrə köçürüldükdən sonra 4 il məhsul vermək qabiliyyətində olur. 1 şitil birinci il 700-800 qram, 2-ci ildə 1 kiloqramdan çox məhsul verir. yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl edilməsinin vacibliyini də söyləyərək qeyd etdi ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılmalıdır. Torpaq əkinə hazırlanmamışdan qabaq ona üzvi gübrə verilməlidir. Yaxşı olar ki, suvarma damcı üsulu ilə aparılsın. Bu zaman su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olur. Zərərvericilərə və müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında görülməlidir. Bunlara əməl edilsə, sahələrdən ilboyu məhsul götürmək olar.
Hazırda çiyələk sahələrində məhsul yığımı davam edir. Hər gün 250-300 kiloqram çiyələk dərilərək satışa göndərilir. Satışda da problem yoxdur. Təsərrüfatda 20 nəfərdən çox işçi çalışır.
Çiyələk sahələrində çalışanlar işlə təminatda yaradılan şəraitdən olduqca razılıq etdilər. Dedilər ki, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində çox sayda yeni iş yerləri açılır, sadə kənd adamları belə təsərrüfatlarda işləyib ailələrinin dolanışığını təmin edirlər.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















