“Azərpoçt” əhaliyə müraciət edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC ölkə vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilir:
“Son zamanlar “Azərpoçt”un loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur. Mesajların mövzusu, təxminən, belədir: “Təbriklər, “Azərpoçt” istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni “Samsung Galaxy 10” cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”.
Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.
NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam banerində "Əgər 18+ yaşınız varsa, kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver" düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.
Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır. Problemin həll olunması üçün “Windows” idarəetmə panelindən istifadə edərək son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləmək, “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin.
“Azərpoçt” və ETX məsələ ilə bağlı araşdırmaları davam etdirir. Belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırırıq ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.
İstər dövlət istərsədə özəl qurumlar mütəmadi olaraq belə xoşagəlməz hallarla qarşılaşırlar. Ona görə də vətəndaşlardan diqqətli olmalarını xahiş edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















