“Azərkosmos” Afrikanı internet ilə təmin edəcək
“Azərkosmos” 12-16 sentyabr 2019-cu il tarixində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “İntersat” şirkəti ilə müqavilə imzalayıb.
"Marja" “Azərkosmos”a istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək. Bununla da “Azerspace-2” peyki Afrikanın ucqar bölgələrində rəqəmsal informasiyaya çıxışla bağlı problemin aradan qaldırılmasına öz töhvəsini verəcək.
Hazırda Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir. Afrika “Azərkosmos”un biznesinin əsas coğrafiyasıdır və şirkət bu regionun aparıcı telekommunikasiya şirkətləri ilə əməkdaşlıqlar qurur.
“Azərkosmos-la əməkdaşlığımız bizə imkan verəcək ki, Afrikadakı müştərilərimizi keyfiyyətli genişzolaqlı rabitə ilə təmin edək” - deyə İntersat şirkətinin direktoru Hanif Kassam qeyd edib.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
11 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 13 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub





















