Azərbaycandakı sement şirkətinin səhmləri "uçur"
"Holcim Azərbaycan" səhminin qiyməti kəskin bahalaşıb.
Fiziki şəxs səhmdarların dividend və səhmlərin baha qiymətə alınması tələbindən sonra "Holcim Azərbaycan" ASC-nin səhminin qiyməti bahalaşıb.
"Marja" xəbər verir ki, bu gün Bakı Fond Birjasında "Holcim Azərbaycan" səhminin alış qiyməti 29 manat, satış qiyməti isə 30,45 manatdır.
Avqustun sonunda Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılırdı. Beləliklə, Sentyabrda "Holcim Azərbaycan" səhmi 45% bahalaşıb. Səhmin nominal qiyməti 20 manatdır.
Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) qiyməti 5394 manatdır. ötən ayın sonunda qiymət 3720 manat idi. Qısası, Sentyabrda səhm paketinin qiyməti 1674 manat bahalaşıb.
Xəbər verdiyimiz kimi, sement istehsalçısı “Holcim-Azərbaycan” ASC-nin bir qrup fiziki şəxs səhmdarı səhmlərə dividend ödənilməsini və sonra səhmlərin yüksək qiymətə alınmasını tələb edirlər. “Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğu və bu məqsədlə vəsait ayrıldığı bildirilir. Digər bir məlumata görə, artıq “Holcim-Azərbaycan” səhmlərin alınması üçün investisiya şirkətlərindən biri ilə (broker ilə) müqavilə bağlayıb. Ətraflı: “Holcim-Azərbaycan”ın fiziki şəxslərdən səhmləri alacağı bildirilir
2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan cəmi gəlirləri 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” ASC 2017-ci ili 1 milyon 759 min manat, 2018-ci ili isə 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub.
“Holcim Azərbaycan”ın 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti var və 10 ildən artıqdır səhmdarlara dividend ödənilmir.
“Holcim Azərbaycan” illik 1,9 milyon ton sement istehsalı gücünə malikdir.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




