“ASAN Viza”da rekord - ƏN ÇOX ƏRƏB, HİND VƏ TÜRKMƏN MÜRACİƏT EDİB
Bu ilin avqust ayında Azərbaycana gəlmək üçün “ASAN Viza” alan əcnəbi vətəndaşların sayı rekord həddə çatıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ötən ay ərzində Azərbaycana gəlmək üçün 134 fərqli ölkədən 125 424 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza müraciəti edib.
Bu da avqust ayının “ASAN Viza”nın yarandığı tarixdən ən çox müraciət edilən ayı olması ilə yanaşı, həmçinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir.
Azərbaycana avqust ayı ərzində e-viza üçün ən çox müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, Hindistan, Pakistan, İran, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt və Türkmənistan vətəndaşlarıdırlar.
“ASAN Viza” vasitəsi ilə avqust ayında ümumi vizaların 44 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilirlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.
2019-cu ilin ilk 8 ayına nəzər saldıqda isə, “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% artıb.
Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən bu günədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 94 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır.
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatları- TAM VERSİYA
-
6 saat əvvəl
"Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər"
-
7 saat əvvəl
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
"Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək" - ƏLİYEVDƏN SLOVAKİYADA BƏYANATLAR
Ən çox oxunanlar
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
"Embawood" şirkətinə yeni baş direktor təyin edildi
"KƏPƏZ BOKT" istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
Nazirliyin tabeliyindəki 3 elmi istehsalat birliyi ləğv edilib
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
Azərbaycanda iki TV və internet porvayderi KATV1-ə birləşib





















.jpg)


