Hesab.az yay mövsümünü uğurla başa vurdu!
® Hesab.az komandası bu yay mövsümünü də, dayanmadan funksiya və xidmətlərində yeniliklər edərək, istifadəçilərinə hədiyyəli kampaniyalar həyata keçirərək uğurla başa vurdu.
Bu yay mövsümündə Hesab.az QR barkod ilə ödənişin tətbiqinə ilkin olaraq parkinq ödənişi ilə başladı.
Artıq Hesab.az istifadəçiləri öz parkinq ödənişlərini növbədə gözləmədən, vaxt itirmədən bir neçə saniyədə həyata keçirə biləcəklər.
Yeniliyin davamı olaraq istifadəçilər Hesab.az –da elektrik enerjisinin istehlakına görə abunə haqlarının ödənişini QR kod ilə ödəniş edərək həyata keçirə bilirlər.
Yayın növbəti yeniliyinə əsasən Hesab.az-da həm veb, həm də mobil tətbiq ilə Səyahət sığortasını istənilən yerdən, anında alaraq istifadəçilər səyahətlərini zəmanət altına alaraq edə bilirlər.
Hesab.az portalında Avqust ayında həyata keçirdiy hərracada dəyərli elektronik məhsullardan mobil telefonlar, DVD, Smart saatlar, yaddaş kartları kimi onlarla hədiyyə uğrunda qızğın mübarizə getdi. Hərracda yüzlərlə dəyərli hədiyyələr öz qaliblərini tapdı.
Yay ayları ərzində keçirilən müxtəlif qazandıran kampaniyalar, müsabiqələr istifadəçilərin olduqca böyük marağına səbəb oldu. Yüzlərlə, minlərlə istifadəçi Hesab.az-dan dəyərli hədiyyələr qazandılar.
Hesab.az artıq Payızın ilk kampaniyasına başladı. Belə ki, 09-12 Sentyabr tarixlərində istifadəçilər kommunal və mobil xərclərini toplam 120 AZN və daha çox məbləğdə Hesab.az-da ödəyərək maraqlı hədiyyələr qazanacaqlar. Ödəniş edərək qazananlardan olmaq üçün tələsin.
Müştəri mənuniyyətini daha da artırmaq üçün payız mövsümündə yeni funksional yeniliklər, xidmətlər təqdim edəcək. Eyni zamanda bu mövsümdə də, bol hədiyyəli, qazanclı kampaniyalar ilə Hesab.az komandası istifadəçilərini sevindirməyi planlaşdırır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 saat əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
-
2 saat əvvəl
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
-
2 saat əvvəl
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
-
3 saat əvvəl
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan holdinqilə Asiya Bankı arasında Anlaşma
Palma yağı qiymətlərində artım davam edir
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”
Yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verilib
"Maliyyə sektoru üzrə məzunların işə qəbulunda təkcə universitet təhsili kifayət etmir"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir



















