Şənbə gününə olan hava proqnozu açqılandı
Azərbaycanda sentyabrın 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 7-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
- 7 d. əvvəl
-
19 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 29 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Ən çox oxunanlar
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın


















