Bankomatlardan nağd pulun çıxarılması kəskin artıb - 80 FAİZİNİ TƏŞKİL EDİR
2019-cu ilin yanvar-iyul (7 ayda) dövründə debet və kredit kartları vasitəsilə Azərbaycan daxilində aparılan əməliyyatların həcmi 11 milyard 485 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, əməliyyatların 9 milyard 253 milyon manatını və ya 80,6%-ni nağd pulun çıxarılması, 2 milyard 232 milyon manatını və ya 19,4%-ni nağdsız ödənişlər təşkil edib.
Cari ilin 7 ayı ərzində ölkədaxili əməliyyatlatdan nağd pulun çıxarılması ATM-lər ilə 8 milyard 761 milyon manat, POS-terminallar ilə 492 milyon manat təşkil edib.
Cari ilin 7 ayı ərzində ölkədaxili əməliyyatlatdan nağdsız ödənişlər ATM-lər ilə 118 milyon manat, POS-terminallar ilə 728 milyon manat, elektron ticarət vasitəsilə 1 milyard 486 milyon manat təşkil edib.
ÖLKƏDAXİLİ ƏMƏLİYYATLARIN HƏCMİ 24,8% ARTIB
Ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında debet və kredit kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatların həcmi 2 milyard 287 milyon manat və ya 24,8% artıb. Ötən ilin yanvar-iyul dövründə Azərbaycan daxilində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 9 milyard 198 milyon manat, o cümlədən nağd vəsaitlərin nağd pulun çıxarılması 7 milyard 737 milyon manat (cəmi ölkədaxili əməliyyatların 84,1%-i), nağdsız əməliyyatlar 1 milyard 461 milyon manat (cəmi ölkədaxili əməliyyatların15,9%-i) təşkil etmişdi.
NAĞD PULUN ÇIXARILMASI DA 20% ARTIB
O cümlədən, ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında nağd pulun çıxarılması (ATM-lər və POS – terminal ilə) 1 milyard 459 milyon manat və ya 20% artıb. Ötən il ölkədaxili əməliyyatlardan ATM-lər ilə nağd pulun çıxarılması 7 milyard 302 milyon manat təşkil etmişdi.
POS-terminallar ilə nağdlaşdırma 57 milyon manat və ya 13,1% artıb. Ötən ilin 7 ayında POS-terminallar vasitəsilə nağd pulun çıxarılması 435 milyon manat təşkil etmişdi.
NAĞDSIZ ÖDƏNİŞLƏR 52,7% ARTIB
Ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında debet və kredit kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 771 milyon manat və ya 52,7% artaraq 2 milyard 232 milyon manat təşkil edib. Ötən ilin yanvar-iyul dövründə debet və kredit kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 1 milyard 461 milyon manat (ATM-lər ilə 123 milyon manat, POS-terminallar ilə 599 milyon manat, elektron ticarət vasitəsilə 739 milyon manat) təşkil etmişdi.
POS-terminallar ilə nağdsız ödənişlər 21,5%, elektron ticarət vasitəsilə nağdız ödənişlər isə 2 dəfə artıb.
Qeyd edək ki, 2019-cu ilin 7 ayı ərzində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi həcmi 12 milyard 361 milyon manat, o cümlədən ölkədaxili əməliyyatlar 11 milyard 485 milyon manat, ölkəxarici əməliyyatlar 876 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
12 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
13 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib













.jpg)





