1%-lik vergi pulun bank hesablarından nağd çıxarılmasını azaltmayıb
2019-cu ilin yanvar-iyun ayları ərzində fiziki və hüquqi şəxlər bank hesablarından 1,9 milyard manat manat pul çıxarıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 27% çoxdur.
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
“Gəlirlərin təhlili ilə bağlı bir faktı qeyd etməliyik ki, 2019-cu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcədaxilolmalar 19,4 milyon manat məbləğində təşkil etmişdir. Bu da nağdlaşdırılmış vəsaitin həcminin təxminən 1,9 milyard manat təşkil etməsini deməyə əsas verir. Nağdlaşdırılmış vəsaitin həcminin yüksək olması, eyni zamanda 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 26,7% artması dövlət büdcəsinin vergi gəlirlərinin yığımı prosesində yayınma risklərinin səviyyəsini göstərməklə yanaşı ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksəldilməsi istiqamətində maneələr yaradır”,- Palatanın sədri deyi.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Vüqar Gülməmmədov əlavə edib ki, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təqribən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilmişdir ki, bu da ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksək olduğunu əks etdirir: “Beləliklə də, 2019-cu ilin I yarımilliyinin nəticələri cari ilin sonunadək faktiki icranın daha artıq olacağını deməyə əsas verir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)




